Naxçıvan xanı geri çəkilir - SENSASİON GƏLİŞMƏ

07, 11, 22
12:00

Naxçıvan xanı geri çəkilir - SENSASİON GƏLİŞMƏ


"Naxçıvanda “xanzadə-vəliəhd” Seymur Talıbovun “Sizin market” mağazasının Razi adlı sabiq administratoru hakim ailə tərəfindən zorla əlindən alınan əmlakını geri qaytarmağı bacarıb". 

"Azərbaycan Reallığı" bildirir ki, bu barədə ssial şəbəkələrdə verilən məlumatda deyilir.

Məlumatda daha sonra qeyd olunur: "Razi “Sizin Market”dən əvvəl onun qarşısında yerləşən mağazada işləyirmiş. “Xanzadə vəliəhd” illər öncə onun bacarığını nəzərə alıb öz marketində işə dəvət edir. Razi qazancın müəyyən qisminə şəriklik şərtilə bu təkliflə razılaşır. Həqiqətən də işi əla qurur, həm Seymura, həm də özünə yaxşı qazandırır. Özünə çatan paydan 3 mənzil alır, Naxçıvanın kənarında bir quşçuluq müəssisəsi açır. Onun bu inkişafından xəbər tutan Seymur işçisini məşhər ayağına çəkir və mülklərini marketdən oğurladığı pullarla aldığını bildirərək geri qaytarmasını tələb edir. Razi nə illah edirsə, Seymuru inandıra bilmir ki, təmiz işləyib, bütün mülklərini də ona çatan pay hesabına alıb.

Qısası, Seymur görür ki, bu adam öz xoşuyla varidatını verməyəcək, polislərə onu "başa salmağı" tapşırır. Beləcə. Razinin qara günləri başlayır. Naxçıvan polisi tərəfindən göz altına alınan Razi "proflaktik tədbirlər" nəticəsində yola gətirilir. İşgəncələrdən xilas olmaq üçün Razi həm 3 evini, həm də quşçuluq müəssisəsini Seymura verir. Seymur bununla da razılaşmır. Əlavə ondan 3 milyon manat pul da alır.

Beləcə bir dəri, bir sümük qalan Razi son zamanlara qədər dözür. Naxçıvanda islahatların aparıldığını görəndə atası ilə bərabər Naxçıvan MR DİN-nə şikayətə gedir. Nazirliyin mötəbər vəzifə sahibləri ilə görüşən şikayətçi ya əlindən zülmlə alınanların geri qaytarılmasını, ya da Bakıya şikayət edəcəyini bildirir. Razini sakitləşdirmək üçün ondan alınan evlərinin və quşçuluq fermasının kupçaları, pulun isə bir qismi geri qaytarılır.

“Qara pişiy”in iddiasına görə, bu xəbər Naxçıvanda yayılar-yayılmaz qəsdən müflis olunan digər iş adamları da haqq arayışına hazırlaşırlar. Amma onlar Naxçıvan MR DİN-nə yox, MR-in Baş naziri Səbuhi Məmmədovun və sabiq İqtisadi İnkişaf naziri Famil Seyidovun yaxasından yapışmağı planlaşdırırlar. Çünki məhz bu iki adamın acgözlükləri, 40 %-dən artıq şapkaları nəticəsində işlərini batırıblar, banklara borclu düşüblər. Nəinki öz əmlaklarını, hətta yaxın qohumlarının, tanışlarının belə əmlaklarını girov qoyublar. İndi isə rüşvət kimi verdiklərini geri almasalar, borc bataqlığından çıxa bilməyəcəklərini anlayırlar".

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq (DİA.AZ)


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın