Deputatın şirkəti yeni BƏHANƏ UYDURUB - NARAZILIQ VAR!

01, 11, 22
12:00

Deputatın şirkəti yeni BƏHANƏ UYDURUB - NARAZILIQ VAR!


 "Kristal Abşeron” tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı redaksiyamıza şikayət daxil olub. 

Şikayətdə bildirir ki, deputat Ağalar Vəliyevə məxsus olan bu şirkətdən yetərincə vətəndaş gileyləri olsa da, nədənsə gərəkən reaksiya verilmir. Bu isə cəzasızlığa, paralel olaraq da narazılıqların artmasına nədən olur.

Məlumatına görə, Pərvin Cəfərli adlı vətəndaş "Kristal Abşeron”dan kreditə ev aldığını və kreditinin müddətinin bitməsinə az qaldığını deyir. Amma bu zaman sürprizlə üzləşib.

Vətəndaş yazır: "Kreditimin birtməsinə az müddət qalıb. Şirkətdən deyirlər ki, bundan əlavə də ƏDV şəklində ödəniş etmək məcburiyyətindəyəm. Bu nədir belə? Bunun mahiyyətini bilən varmı?"

Onu da qeyd edək ki, vətəndaşın müraciətinə reaksiya verən sosial şəbəkə istifadəçiləri belə bir ödənişin mövcud olmadığını, daha dəqiqi hüquqi əsaslarla söykənmədiyini qeyd edirlər.

Görünəni odur ki, deputat Ağalar Vəliyevin şirkəti kreditini bitirmək üzrə olan müştəriləri ilə "nə qopardım, qopardım" prinsipi ilə davranır...

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın