Etibar Pirverdiyev prezidentin tapşırdığı Şıxməmməd Aslanova necə tələ qurub? - FAKTLAR

23, 10, 22
10:00

Etibar Pirverdiyev prezidentin tapşırdığı Şıxməmməd Aslanova necə tələ qurub? - FAKTLAR


20 OKTYABR 1981! Məhz bu tarix Qafqazın ən böyük enerji nəhəngi sayılaraq, Mingəçevirdə açılmış , gücü 2700 MVT olan  Azərbaycan İES,  hazırda  ölkəmizin  60 faizə qədərini elektrik enerjisi ilə təmin etməklə Milli Energetikamızın şah əsərini tarixi reallığa çevirib.

Bugünkü Peşə bayramı təklifini verən isə görkəmli elektroenergetik kadr, uzun illər Energetikada cəfakeş xidmət göstərərək ölkə ərazisindəki mövcud elektro müəssisələrdə çalışdığı dövrlərdə kollektiv və rəhbərlik tərəfindən daim  hörmət,  ehtiram və sevgi qazanaraq yüksək vəzifələrin şərəf və ləyaqətlə öhdəsindən gəlmiş mərhum Aslanov Şıxməmməd Qəmbər oğlu olmuşdur.

2004- cü ildə ölkə başçısının həmin müəssisəyə gələrkən fotostentdə Ümummilli lider Heydər Əliyevin Aslanov Şıxməmmədin, hələ 1970-ci illərdə Rusiyaya ixtisasartırma kursuna göndərərək əl sıxıb çəkilmiş şəklini görüb Etibar Pirverdiyevə yaxşı mənada tapşırıq vermiş, bundan, bərk ehtiyatlanaraq siyasi hiylə işlədən Etibar Pirverdiyev, Bakıya qayıtdıqdan sonra Şıxməmməd Aslanovu guya prezident tapşırığı ilə ona daha yüksək yüngül vəzifə təqdimatı hazırlayaraq tələ qurur.

Adı olub özü kölgədə qalan bir Azərenerjitikintiquraşdırma QSC yə sədr təyin elətdirmə barədə təqdim edib ölkə başçısına yalnış məlumatlar verərək yəni növbəti enerji obyektlərini Bu qurum tikib istifadəyə verməli idi, lakin özünün təsis edib biznes şəbəkələrindən növbətisi olan Azenco ASC yə irilayihəli işlər verib Aslanov Şıxməmmədi enerji sistemindən kənarda qoyub onun təqaüd yaşının çatmasını gözləyirmış ki bu sistemdə özünə güclü rəqib kimi qalmasın!

Bundan əlavə Etibar Pirverdiyev, 2000, 2001 və 2002-ci illər üzrə 8 min energetikin 14-cü əmək haqqısı və digər təmir xərclərini Aslanova  ayrı- ayrı vaxtlarda qol çəkdirib mənimsəyərək həmin çoxmilyonlu vəsaiti, AZENCO ASC və şəxsi dəvə fermalarının yaradılmasına yatırım etmiş, Aslanovu isə bu barədə harasa desə onu təhdidlər içində saxlayıb həbs etdirmək hədəsi gələrək onun həyatdan köçməsinə səbəb olmuşdur!

Etibar Pirverdiyev bütün bu siyasi eybəcərliklərlə dolu yol vermiş olduğu çirkin və məkrli cinayətlərinə  görə ədalət məhkəməsi qarşısında  cavab verməlidir!

Xəyyam Qurbanlı

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın