Ukraynada həbsdə saxlanılan qazimiz Misir Qasımlının VƏKİLİ DANIŞDI

18, 10, 22
10:00

Ukraynada həbsdə saxlanılan qazimiz Misir Qasımlının VƏKİLİ DANIŞDI


Xəbər verdiyimiz kimi, II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı 1 il yeddi aydır ki, Ukraynada həbsdə saxlanılır.

19 oktyabr və 20 oktyabr tarixlərində Ukraynada Vətən müharibəsi iştirakçısı Misir Qasımlının məhkəmələri keçiriləcək.


"Azərbaycan Reallığı" xəbər verir ki, Bunu bir il yeddi aydır Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Misir Qasımlının vəkili Aygül Rəfiyeva ”Yeni Gundem”-ə açıqlamasında deyib.

Vəkili açıqlamasında bildirir ki, “18 may tarixində seçilmiş həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı məsələyə baxılıb. Kiyev Apellyasiya Məhkəməsi Misir Qasımlının və Sübhan Quliyevin həbsdə saxlanılmasının qanunsuz olduğunu təsdiqləyib.Bu barədə qərar verib.

Lakin buna baxmayaraq ondan sonrakı prosesdə birinci instansiya məhkəməsi, yəni Obuxov Rayon Məhkəməsi onları həbsdən azad etmədi. Hazırda ayın 19-a növbəti məhkəmə prosesi təyin edilib.Məhkəmədə mahiyyəti üzrə işə baxılacaq. Onların həbsdən azad olunma məsələsi yenidən qaldırılacaq. Ayın 20-də isə seçilmiş həbs qəti imkan tədbiri üzrə şikayətə baxılacaq”.

Qeyd edək ki, Diaspor sədri Hikmət Cavadov özü şəxsən məhkəmədə iştirak edib .O şəxsi zaminliyə götürülmə ilədə bağlı məsələ qaldırsada təssüf ki. rədd edilib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın