Bakıda film kimi olay: Gənc qadın restoranında girov saxlanıldı - Səhərə kimi maşının içində, uyğunsuz şəraitdə gecələməli oldum

08, 10, 22
13:31

Bakıda film kimi olay: Gənc qadın restoranında girov saxlanıldı - Səhərə kimi maşının içində, uyğunsuz şəraitdə gecələməli oldum


Bir neçə gün əvvəl “Bakıda məşhur restoranda şok hadisə” başlıqlı məqalə təqdim etmişdi.

Söhbət “Sapfir” adlı həmin məşhur restoranda müştərinin necə aldadılaraq pullarının mənimsənilməsindən gedirdi. Xəbər verdiyimiz kimi, adı çəkilən məkanda sifariş edilən menyudan əlavə yeməklər masaya düzülübmüş ki, sonda ağlasığılmaz hesab müştərini şoka salıb. Müştərinin buna aydınlıq gətirililməsi tələbi yerinə yetirilməmiş, əksinə, onu səhərə kimi girov saxlayaraq, borcunu tam ödəməyincə buraxmayıblar.

Bu dəfə həmin şikayətçinin redaksiyamıza göndərdiyi ərizəsini və apardığımız araşdırma nəticəsində əldə etdiyimiz məlumatları oxucularımızla bölüşmək qərarına gəldik. Beləliklə, Bakı şəhər sakini 04.10.2022-ci il tarixli ərizədə bildirir ki, sentyabrın 29-da axşam sözügedən restoranda özünə ad günü keçirib. Məhz həmin restoranı seçməsində, restoran müdiri Əliyarın təkidinin rolu olub:

“Öncədən danışılmışdı ki, hesab ad gününün səhərisi ödəniləcək, yəni, Əliyar bəylə belə razılaşmışdıq. O isə buna cavab olaraq dedi ki, heç bir problem yoxdur, əlavə endirimlər də edəcəyik. Buna baxmayaraq, ad günü məclisi bitdikdən sonra Əliyar bütün darvazaları bağlatdırıb məni girov saxlatdırdı. Öz telefonunu söndürüb, zənglərimi iqnor edib, yalnız personal üzvlərinə cavab verirdi. Dəfələrlə girov kimi yüksək dəyərli zinət əşyaları təklif etsək də, razılaşmadılar. Səhərə kimi maşınımın içində, uyğunsuz şəraitdə gecələməli oldum. Bunlar azmış kimi, üstümə mühafizəçilər göndərilib, təzyiq olunub. Səhər açılan kimi pulu tapıb ödədim, darvazalar açıldı. Halım o qədər pis idi ki, həmin gecə səhərədək Allaha dua etmişəm, o insanın cəzasını versin”.

Vətəndaş X.Hüseynova əlavə olaraq bildirib ki, Əliyarın və onun işçilərinin zorakı hərəkətindən (onu girov saxlamaqlarından, faktiki olara qhəbs etmələrindən) Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq şikayət edib. Amma Əliyar qabaqdangəlmişlik edərək, 24-cü Polis Şöbəsinə X.Hüseynovadan şikayət edib. Necə deyərlər, “qara məni basınca, qoy qaranı mən basım” prinsipi ilə hərəkət edib. X.Hüseynova polisdən ona zəng gələndə əvvəlcə elə bilib ki, dəvət edib “102”-yə verdiyi məlumatın təfərrüatı ilə bağlı izahat yazdıracaqlar. Əksinə, 24-cü PŞ-dən ona zəng vuran polis əməkdaşı Əliyarın ondan şikayət etdiyini deyiblər.

Bird aha xatırladaq ki, adı çəkilən restoranın “Sədərək Yusif” kimi tanınan, eyni adlı Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə məxsus olduğunu dəqiqləşdirmişik. Yusif bəyə arxalanan Əliyardan soruşan lazımdır ki, əgər dövlətin qanununa belə hörmət edirsənsə, pul mübahisəsini hüquq müstəvisində həll etmək istəyirdinsə, niyə şəxsiyyət əleyhinə cinayət törədib vətəndaşı azadlıqdan məhrum edirdin?

Qeyd edək ki, AR Cinayət Məcəlləsinin 145-ci maddəsinə əsasən, (Qanunsuz azadlıqdan məhrum etmə), adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə şəxsiyyət əleyhinə cinayət sayılır və iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər (145.2.4) bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.(Aktualxeber.az)

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın