Kənd təsərrüfat naziri İnam Kərimov yatdıqca BATIRIR - BAZAR OD TUTUB YANIR

07, 10, 22
09:00

Kənd təsərrüfat naziri İnam Kərimov yatdıqca BATIRIR - BAZAR OD TUTUB YANIR


Duru yağların qiymətində kəskin bahalaşma var. Qiymət artımı əvvəllər daha az hiss olunurdu və qiymət fərqi 6 aydan bir yaranırdı. Son iki ayda isə qiymətlərdə 2, hətta 3 dəfə artım müşahidə olunur. Bu da alıcı sayına təsir edir. Bahalaşma həm ölkədə istehsal olunan, həmçinin də xaricdən idxal edilən duru yağların qiymətində müşahidə olunur.

Satıcılar deyirlər ki, həftədə bir dəfə mağazaya duru yağ məhsulu qəbul olunur və hər dəfə də qiymət 1 manata yaxın qalxır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda duru yağların qiymətinin kəskin artması Rusiya və Ukrayna arasında baş verən münaqişə ilə bağlıdır. Ölkəmizin duru yağ tələbatının idxaldan asılı olduğunu vurğulayan ekspert deyib ki, Azərbaycan duru yağı çox az istehsal edir. Hətta Azərbaycan məhsulu adı altında bazara çıxan duru yağların xammalı xaricdən gətirilir:

“Dünya bazarına daha çox duru yağı Rusiya və Ukrayna çıxardır. Bu iki ölkə dünyada tələbatın təxminən 50 faizini qarşılayırlar. Ukraynadakı vəziyyət duru yağ istehsalına təsirsiz ötüşməyib. Azərbaycanda daha çox qarğıdalı və günəbaxan yağlarından istifadə edilir. Digər ölkələr palma və soya yağlarından istifadə etsə də, Azərbaycanda əsas tələbat günəbaxan və qarğıdalı yağlarınadır. Bu faktorlar qiymətlərin bahalaşmasına təsir göstərir".

Türkiyədə də duru yağların qiymətinin kəskin bahalaşmasını xatırladan V.Məhərrəmov qardaş ölkəyə də xammalın Ukraynadan idxal edildiyini deyib:

“Hər iki ölkədə qiymətlərin bahalaşmasında əsas rol oynayan amil xammaldan asılılıqdır. Azərbaycan qarğıdalı və günəbaxan yağı istehsal etmək üçün 95 faiz xammaldan asılıdır. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi bu asılılığı aradan qaldırmağa çalışmalıdır. Ölkəmizdə qarğıdalı və günəbaxan əkini artırılmalıdır.

İndi qarğıdalının məhsuldarlığını artırmaq çətin deyil. Yeni hibrid sortlar var ki, hektara 15-16 ton məhsul götürmək mümkündür. Biz günəbaxan istehsalını da artırmalıyıq. Bunun üçün sistemləşdirmə işi aparılmalıdır, növbəli əkin sistemi yaradılmalıdır ki, məhsuldarlıq iki dəfə artsın, torpaqlarımız da münbit olsun. Bu zaman bizim idxaldan asılılığımız azalacaq.

Bunu sistemləşdirmək lazımdır. Yüksək məhsuldarlıq üçün bölgənin düzgün seçilməsi və sair işlər görülməlidir ki, xammala olan tələbatın bir hissəsi yerli istehsal hesabına ödənilsin". 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın