SON DƏQİQƏ: Kəmaləddin Heydərov İSTEFA ƏRİZƏSİNİ YAZDI - HƏDƏF ÇOX DÖZMƏDİ

18, 08, 22
10:00

SON DƏQİQƏ: Kəmaləddin Heydərov İSTEFA ƏRİZƏSİNİ YAZDI - HƏDƏF ÇOX DÖZMƏDİ


Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov istefa ərizəsini yazıb. Bu barədə hökumətdəki mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, FHN rəhbərinin istefa ərizəsi artıq Prezident Administrasiyasının katibliyinə təqdim olunub.

Xatırladaq ki, bir neçə gündür FHN-nin yüksək çinli əməkdaşlarının intim videolarının fonunda bir qalmaqal müşahidə olunur ki, bu əsnada FHN şefi Kəmaləddin Heydərov də ictimai hədəfə çevrilib.

Ekspertlər bu videoların məhz Kəmaləddin Heydərovun yola salınması üçün tədarük olunduğunu da qeyd edirdilər.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl FH nazirinin PA-ya çağrıldığı, məsələ ilə bağlı izahatının alındığı haqda da yerli KİV-də informasiyalar yayılmışdı.

Kəmaləddin Heydərovun istefasına hansı reaksiyanın veriləcəyi isə zaman işidir...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin... (DİA.AZ)

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın