Talan, Yeyinti, Büccə oğurluğu: Əvəz Qocayevin milyonluq mülkləri onu hansı İstintaqa aparacaq?

Cəmiyyət / Manşet
 10-08-2022, 14:00     1 161


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin birinci müavini Əvəz Qocayev adi yol təsərrüfatı məmuru deyil, nəhəng milyonçu kapitalist, zəngin həyat yaşayan varlı şəxs və oliqarxdı. Siz çox uzağa getmədən, misal üçün Estoniya, Özbəkistan, ya da Moldovaya baxsanız, həmçinin, Türkiyə, İran, Rusiya kimi ölkələrə diqqət yetirsəniz, bu ölkələrdə yol idarəsinin 1-ci müavinin nə qədər imkanı olduğunu görəcəksiniz?

Uzağı yaxşı maaş alan və ehtiyacsız yaşayan məmur olduğunu öyrənəcəksiniz. Bizdə isə AAYDA kimi bir qurumun sədr müavini o qədər sərvətə, kəhkəşana sahibdir ki, Sultan Süleyman belə varidata malik olmayıb. Hardandı bu pullar, necə əldə edilib? Talan? Yeyinti? Büdcə oğurluğu? O halda niyə məsuliyyətə cəlb olunmur?

Axı Səlim Müslümovun əmlakları sübut etdi ki, məmurlar hansı səviyyə və miqyasda dövlətin vəsaitlərini mənimsəyirlər. Lakin "Azərbaycan Reallığı"na daxil olan məlumata görə, sədrin müavini Əvəz Qocayevin ölkədə və xaricdə olan mülklərinin üzə çıxması yalnız onun bir küncə sıxışdırılması ilə nəticələnib. Məlumata görə, sədr Saleh Məmmədov Əvəz Qocayevin milyonluq əmlaklarının siyahısının mətbuatda yayılmasından sonra onu özündən uzaqlaşdırıb.

Deyilənə görə, Əvəz Qocayevin mövqeləri xeyli zəifləyib və dayaqları laxlayıb. S.Məmmədov onu özündən kənarlaşdırmaqla demək istəyib ki, bu sərvətin üzə çıxması yaxşı hal deyil və yuxarılar məsələni bilirlər, ona görə də mediada tez-tez hallanmış məmuru yanında çox saxlaya bilməz. Bu xəbərdarlığı alan Ə. Qocayevlə S. Məmmədovun yolları ayrılıb. İddialara görə, sədr artıq onu özündən tam təcrid edib.

AAYDA rəhbəri hesab edir ki, mülkləri, obyektləri üzə çıxan məmur artıq diqqət mərkəzindədir və belə kadrla işləmək olmaz. Ə. Qocayev də bu vəziyyətdən həyəcanlanıb. Ona elə gəlir ki, S. Məmmədovun bu qərarı ilə onun "qələmi qırılıb", əmlakları digər korrupsioner məmurlar kimi müsadirə olunacaq. Bəs, Əvəz Qocayevin nələri var?

Bu haqda hələ yerli KİV yazmışdı. İndi həmin siyahıya baxanda aydın olur ki, Əvəz Qocayev sıradan yol məmuru deyil, milyonçudur. Amma hansı pulla... - tutulan başçılar və məmurlar kimi...  

1. "Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)
 
2. Yasamal, Xətayi, Səbail rayonlarında "Ocaq” (restoran, kafe, art) şəbəkəsi
 
3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular
 
4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil
 
5. "NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)
 
6. H.Əliyev küçəsində "Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)
 
7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil

8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)
 
9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.

 
10. Köhnə "Varovski”da 3 mərtəbə villa
 
11. Novxanıda ayrı-ayrılıqda 3 villa
 
12. "Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil
 
13. "REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil
 
14. Port Bakuda 150 kv m daha bir mənzil
 
15. Binəqədi rayonunda böyük torpaq sahələri
 
16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil
 
17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit
 
18. Şüvəlanda villa
 
19. Özünə və ailsəinə məxsus "Rang Rover”, "Audi Q7”, "Sklass Mercedes”,” Porche”, "BMW” markalı bahalı avtomobillər
 
20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası
 
21. Dərnəgüldə tikinti materialları mağazası
 
22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məktəbin direktorudur. 

23. Bir tender şirkəti, "Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…


Bir sözlə, biznesi və mülkləri Əvəz Qocayevin başına bəla olub və Saleh Məmmədov onu uzaqlaşdırıb. İndi sədr müavinində qorxu var ki, onun mülklərinə əl qoyulsun. Onsuz da zəhmətlə əldə etməyib, korrupsiyadan qazanılan biznesdi. Üstəlik, dövlətə azad edilən ərazilərdə quruculuq üçün maliyyə lazımdır.

Cəmiyyətdən də çağırışlar səslənir ki, məmurlarda olan pulları və əmlaklarını müsadirə edin, büdcəyə yönəldin. O baxımdan Qocayev təşvişə düşüb. Bir tərəfdən də AAYDA kimi qurumda təsir gücünü itirib. Görünür, Saleh Məmmədov onu qarşıda gözləyən aqibətə şərik olmaq istəmir və məsuliyyəti üzərindən atır. Halbuki sədr müavini korrupsiyaya yol verəndə və özünə mülklər alanda Məmmədovun xəbəri olub.
(AnaXeber.info)

AZƏRBAYCANREALLIĞI.COM