“MSDIS Holdıng”-In Tender Manapoliyası… – Şirkət Təmsilçisi Niyə Dəyişdi?

Cəmiyyət / Manşet
 9-08-2022, 17:00     669


"Azərbaycan Reallığı" xəbər verir ki, “MSDIS Holdıng” MMC-nin prezidenti Sənan Hüseynovla bağlı yerli KİV-də yetərincə informasiyalar paylaşıldı.

Hələ də bu qəbildən olan məlumatlara rast gəlinir. Onlardan bəzilərini təqdim edirik. Beləliklə…

“MSDIS HOLDING” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 572 500.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, XƏTAİ PR, ev 34, qanuni təmsilçisinin isə Nağıyev Mirfəyyaz Oktay oğlu olduğu göstərilir.

Sözügedən şirkətin fəaliyyət istiqamətlərinə nəzər saldıqda nələri görmüş oluruq? Son bir ildə “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında ən çox qalib elan olunan şirkətlərdən biridir. “MSDIS Holdıng” MMC daha çox “yolların əsaslı təmiri” üzrə keçirilmiş tenderlərdə tanışlıqla qalib olub, sifariş alıb.

Gördüyü işlər hal-hazırda pis gündədir.

Bununla bitmir…


Şikayətçinin sözlərinə görə, o, ötən ilin dekabrın 9-dan sözügedən şirkətin rəhbərliyi tərəfindən Gədəbəydə görülən abadlıq işlərinə cəlb edilib. Özü briqadir olmaqla da 40 nəfər usta və fəhlə ilə rayonda bir neçə parkın inşasında, inzibati binaların təmirində, yolkənarı hasarlamalarda və restovrasiyalarda uğurla iştirak edib. Razılaşdırıldığı kimi, çalışdığı 2 ay müddətində bütün işləri yekunlaşdıraraq təhvil verib. Lakin, şirkət ona müxtəlif vaxtlarda nəğd və köçürmə yolu ilə zəhmətpulu ödəmiş olsa da, sonda 27 min manat qalıq borc pulu işçilərə ödəməyib.

Bu yollar hara aparır…?

Təkcə 2021-ci ildə müxtəlif rayonlarda yolların əsaslı təmiri üzrə “MSDIS Holdıng” MMC 10-dan çox tenderin qalibi olub. Bu sıradan bir qismini təqdim edirik:

Sumqayıt şəhərində “Karvan yolu” küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması (Hal-hazırda həmin yollar uçub, dağılır) işləri

277.715 AZN – 25.05.2021

Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işlərinin satın alınması

2.020.503 AZN – 01.06.2021

Zaqatala rayonunda yolların əsaslı təmiri

542.113 AZN – 03.06.2021

Siyəzən şəhəri üzrə avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması

442.448 AZN – 07.07.2021

Xırdalan şəhəri ərazisində İlham Cəfərov küçəsinin asfaltlanması

130.127 AZN – 05.08.2021

Qəbələ rayonunda yolların təmiri

355.982 AZN – 11.08.2021

Abşeron rayonunda yolların təmiri


164.995 AZN – 03.09.2021

Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırılması

693.320 AZN – 10.09.2021

Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri

708.293 AZN – 18.10.2021

Qobustan şəhər küçələrində işıqlandırma sistemlərinin quraşdırılması

278.851 AZN – 22.10.2021

Abşeron rayonunda yolların təmiri işlərinin satın alınması


1.126.797 AZN – 22.10.2021

Abşeron rayonu Yolların təmiri işlərinin satın alınması ( II hissə)

59.917 AZN – 09.12.2021

“MSDIS Holdıng”, yoxsa sirlər xəzinəsi?

Yazının girişində qeyd etdiyimiz qalmaqalla gündəmə gələn “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Məlumata görə “MSDIS Holdıng”in direktoru Mirfəyyaz Nağıyev bu posta qədər taxta biznesi ilə məşğul olub. Rusiyadan Azərbaycana taxta idxalında fəallığı ilə seçilib. İşğüzarlığı, yeni ideyaları və etibarlılığı ilə tanınır. “MSDIS Holdıng”in son zamanlardakı uğurlarının məhz onun rəhbərliyi sayəsində mükün olduğu bildirilir. Xatırladaq ki, “MSDIS Holdıng” MMC irihəcimli təmi-tikinti tenderlərinin qalibi olmaqla yanaşı, “MS SEMENT” markalı sementi, “MS OİL” yanacaqdoldurma mətəqələri ilə də tanınır.

Əldə etdiyimiz digər məlumata görə şirkət yüksək nüfuz sahibi olan bir ziyalının qayğısı ilə hazırda parlaq dövrünü yaşayır…

Bu elə sözügedən şirkətin bir-birinin ardından ayrı-ayrı dövlət qurumlarından böğöyük məbləğdə tenderləri “UDMASINDAN” da aydın görünür. Son məlumata görə, Meliorasiya və Su Təsərrüfati Açıq Səhmdar Cəmiyyəti Samur-Abşeron Kanalinin İstismari İdarəsi tikinti materiallarının satın alınması üzrə tenderin qalibini açıqlayıb.

178 093 manatlıq tenderin qalibi “Msdis Holding” MMC-dir.

Xatırladaq ki, “Msdis Holding” MMC bundan az əvvəl “İsmayilli Suvarma Sistemləri İdarəsi” MMC-nin təmir işləri üçün tikinti materiallarının satın alınması üzrə 64 933 manatlıq tenderini qazanıb. Və bunlar nə son deyil, nə də ilk…

“MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin (AAYDA) sədri Saleh Məmmədovla bağlılığından da bəhs olunur. Məlumat görə AAYDA ilə “MSDIS Holdıng” MMC-nin iş birliyi Saleh Məmmədovun “sağ əli” sayılan, qurumun aparat rəhbəri İlqar Əhmədov vasitəsi ilə icra olunur…

Yazının girişində qeyd etdiyimiz qalmaqalla gündəmə gələn “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı maraqlı məlumatlar əldə etmişik. “MSDIS Holdıng”in direktoru Mirfəyyaz Nağıyev bu posta qədər taxta biznesi ilə məşğul olub. Rusiyadan Azərbaycana taxta idxalında fəallığı ilə seçilib. İşğüzarlığı, yeni ideyaları və etibarlılığı ilə tanınır. “MSDIS Holdıng”in son zamanlardakı uğurlarının məhz onun rəhbərliyi sayəsində mükün olduğu bildirilir. Xatırladaq ki, “MSDIS Holdıng” MMC irihəcimli təmi-tikinti tenderlərinin qalibi olmaqla yanaşı, “MS SEMENT” markalı sementi, “MS OİL” yanacaqdoldurma mətəqələri ilə də tanınır.

Yazıda iddia olunanlarla bağlı "Azəraycan Reallığı" olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq 

Araşdırmalarımız davam edir…

AZƏRBAYCANREALLIĞI.COM