Azərbaycanda unun qiyməti bahalaşacaq - Çörəyin qiyməti artacaq? - VİDEO

Cəmiyyət / Manşet
 8-08-2022, 13:00     674


Gələcək aylarda unun qiymətində müəyyən bahalaşmalar gözlənilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, iqtisadçı ekspert Asif İbrahimov "Xəzər Xəbər"ə bildirib ki, dünyanın 25 faiz taxıl ehtiyatını təmin edən iki ölkə arasında baş verən müharibə bu məhsulun qiymətinə ciddi təsir edir. Azərbaycan daxili tələbatını tam təmin edə bilmədiyindən taxıla olan tələbatımızı xaricdən tədarük edirik.

Ekspert əlavə edib ki, Ukrayna məhsulunu dənizə çıxara bilmədiyindən quru yol ilə daşımağa məcbur olur. Bu da əlavə xərclər yaradır ki, həmin xərclər də məhsulun maya dəyərinə təsir edir.

Qeyd edək ki, Azərbaycanda taxıl və un məhsullarının qiymətində kəskin bahalaşmanın qarşısının alınması üçün müvafiq tədbirləri həyata keçirir. İdxaldan asılı olduğumuz üçün dünya bazarında qiymətlər bizim bazara da təsir edir.


AZƏRBAYCANREALLIĞI.COM