“Övlada minnət qoyacaqsınızsa, onu dünyaya gətirməyin” - Psixoloq

02, 08, 22
17:00

“Övlada minnət qoyacaqsınızsa, onu dünyaya gətirməyin” - Psixoloq


“Valideynin övladına güvənməsi üçün ilk növbədə, özünə güvənməlidir. Əgər valideyn ailə daxilində öz övladının fikirlərinə hörmət etmirsə, bu uşaqla bağlı problemin olması demək deyil”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bunu Yenisabah.az-a psixoloq Vəfa Rəşidova deyib.

O, valideynlərin gənclərin, hətta yetkin yaşlı şəxslərin qərarlarına müdaxilə etməsi, onların düşüncələrinə hörmət qoymaması mövzusunda danışıb:

“Bu, valideynin özüylə bağlıdır. Özünə güvənməyən valideyn heç vaxt böyütdüyü övlada  güvənə bilməz. Bundan əlavə, ümumiyyətlə, belə bir tabu var. Yəni düşünürlər ki, övladı həyata gətiriblərsə, övladın böyüyüdürlər. Belə olmamalıdır.  Valideyn uşağının böyüyü kimi yox, valideyni kimi davranmalıdır. Amma bu münasibət həbsxana formasındadır. 

Valideyn düşünür ki, övladı dünyaya gətiribsə, mütləq onun dedikləri edilməlidir. Övladına həyat veribsə, “qanunları”nın işlənməsi minnət borcudur.

Azərbaycanlı ailələrinin əksəriyyətində uşağın fikri soruşulmur. Bəlkə, övlad valideyndən daha gözəl fikir deyəcək?!

Uşağın sözünü dinləmək və ya onun sözünə hörmətlə yanaşmağı bir çox valideyn öz məğlubiyyəti kimi qəbul edir: “Yəni mən uşağın dediyinə qulaq asmalıyam?!” 

Uşaq ayrıca bir fərddir. Onun gələcək həyatı fərqlidir. Əlbəttə, nəzarət olmalıdır. Bu nəzarət zorakı vəziyyətə gəlib çıxmamalıdır”.

Psixoloq deyib ki, gənclərin xarici ölkələrə üz tutmasının əsas səbəblərindən biri də budur:

“Ailə daxilində anlaşılmazlıq yaşayan insan başqa bir ölkəyə başqa ad altında sərbəst yaşamaq üçün gedəcək. Bu, valideyndən qaçışdır. Övlad kənarda özünü təsdiq etmək istəyir. 

“Mən övladımı qoruyuram”, “sövr təhlükəlidir” və s. bunlar köməkçi sözlərdir. Bunun kökündə yenə də minnət dayanır. Övlada minnət qoyacaqsızsa, onu həyata gətirmək lazım deyil”.

İmamət İSMAYILOVA

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın