"Maddi təminatı az olan ailələrin övladlarında gec evlənmə halları müşahidə olunur" - Psixoloq

30, 07, 22
14:00

"Maddi təminatı az olan ailələrin övladlarında gec evlənmə halları müşahidə olunur" - Psixoloq


“Xüsusilə maddi təminatı az olan ailələrin övladlarında gec evlənmə halları müşahidə olunur. İkinci səbəb kimi qarşı tərəfin toyla bağlı gözləntilərinin çox yüksək olması, evliliklə bağlı xüsusi tələblərin qoyulmasıdır ki, buna daşınmaz əmlak, toy hədiyyələri, toyun keçiriləcəyi məkanla bağlı narazılıqların yaranması da evlilik yaşının gecikməsinə böyük təsir göstərir”.

Məhşur Fransız yazçısı Stendhal deyərdi: "evlilik sevginin məzarıdır". Avropalı yazçının bu sözü zamanla böyük qalmaqallara səbəb olmuşdur, onun bu sözü ilə əsasən dünyanın bir çox tanınmış psixoloqları qəti şəkildə razılaşmayıblar. 

"Azərbaycan Reallığı" olaraq məsələ ilə bağlı tanınmış psixoloq Ülkər Musayevanın bu məsələ ilə bağlı mövqeyini öyrəndik.

Evlilik qorxusu (Gomophobia) insanın yaşadığı mühitdə və ailəsindəki mənfi evlilik nümunələrindən əldə etdiyi məlumatlara uyğun olaraq yaşadığı qorxudur. Bundan əlavə, evlilik qorxusu psixoloji bağlılıq qorxusudur. Qarşı tərəfdən asılı olmaq, onun ideyaları ilə maraqlanmaq qorxusu bəzi insanları tək yaşamağa sövq edir. Fərqli mədəniyyətlərdə, fərqli ailələrdə böyümüş insanlar birdən-birə bu çətin quruma sürüklənmək istəmirlər.

Başqası üçün də məsuliyyət daşımaq hər kəs üçün asan bir vəziyyət deyil. Çünki evli olanda yalnız özün üçün yaşaya bilməzsən. Bu istiqamətdə cəm halını nəzərə alaraq qərarlar vermək lazımdır. Yeri gələndə fədakarlıq etməli, maddi və mənəvi imkanlarınızı buna uyğun tənzimləməlisiniz bildirərək sonda Psixoloq Ülkər Musayeva fikirlərini yekunlaşdırmışdır.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın