Əsabil Qasımov Gəncəbasarda SABOTAJ HAZIRLAYIR? - Un satışı məqsədli olaraq məhdudlaşdırılır

30, 07, 22
11:00

Əsabil Qasımov Gəncəbasarda SABOTAJ HAZIRLAYIR? - Un satışı məqsədli olaraq məhdudlaşdırılır


Ölkədə un istehsalçısı olan “Karmen” şirkəti bir həftədir ki, unun satışını dayandırıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Dünyanınsəsi.Az-a un satışı ilə məşğul olan Gəncəbasarlı sahibkarlar deyib.

Məlumata görə, unun topdan satışının dayandırılması yaxın günlərdə gözlənilən bahalaşma ilə bağlıdır.

Dünyanınsəsi.Az-ın əməkdaşı bu məlumatı dəqiqləşdirmək üçün un istehsalı ilə məşğul olan “Karmen” şirkəti ilə əlaqə qura bilməyib..

Amma unun topdan satışının qeyi-müəyyən müddətə dayandırıldığını əksər sahibkarlar tərəfindən də təsdiqlənib.

Xatırladaq ki, son aylar ərzində unun qiymətində xeyli artım olub.

Redaksiya olaraq “Karmen” şirkətinin də mövqeyini dərc edə bilərik. 

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın