SON DƏQİQƏ! Keçmiş siyasi fəal Cavid Musazadə Qaçqınkomu məhkəməyə verdi

20, 07, 22
13:00

SON DƏQİQƏ! Keçmiş siyasi fəal Cavid Musazadə Qaçqınkomu məhkəməyə verdi


Ailəmizə yadelli ünsürlər kimi yanaşdığına görə qaçqınkomu "inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlər" mahiyyətli iş üzrə Bakı İnzibati Məhkəməsinə vermişəm. "Azərbaycan Reallığı"na muraciət edən keçmiş siyasi fəal Cavid Musazadə bildirir ki,  qaçqınkom "dövlət proqramı"na əsasən ailəmizin mənzil məişət şəraitinin yaxşılaşdırılmasına, zərurət yaranarsa, mənzillə təmin edilməsinə borclu orqan olaraq öz vəzifəsini yerinə yetirməmişdir. Bu azmış kimi özümüz tikdiyimiz evi əlimizdən almaq, ailəmizi çöldə qoymaq eşqinə düşmüşdür.

 Mənzilləridə təpələrinə dəysin.

Mənim müxalif fikirli olmağıma görə qaçqınkom bütün ailəmizdən qisas almaqdadır.

Bu vəziyətdə ehtiyacı olmadığı təqdirdə qaçqınkomdan 12 sot torpaqda ev alan Ramana-Şuşa şəhərciyi sakinindən köçkün olduğumuza görə, qeydiyyata düşə biləcəyimizə görə 18000 manata 6 sot istifadə etmədiyi torpaq sahəsini satın almışıq. Orada balaca bir ev tikmişik.

Cavid Musazadə

Alqı-satqı qeyri-qanuni ola bilər. Orada bizdən öncə və bizdən sonra dəfələrlə belə alqı-satqı prosesləri həyata krçirilmişdir. Hətta məcburi köçkün olmayanlarda torpaq alıb ev tikib yerləşmişdir. Lakin biz ox olub batmışıq qaçqınkomun şəxsən rövşən rzayevin gözünə. Adını balaca hərflərlə ona görə yazmışam ki, o çox cılız və kiçik adamdır, böyüyü haqq eləmir.

Qaçqınkom bizim tikdiyimiz evi müqavilə ilə qeydə almamış, üstəlik dərhal sökməyi ərazini boşaltmağı tələb etmişdir.

Biz Azərbaycan Respublikasının vətəndaşları olaraq uzun zaman kəsiyində dövlət başçısına və onun aparatının, məclisinin demək olar ki, bütün səlahiyyətlilərinə müraciət etmişik ki, hal-qəziyə belədir, maraqlanan olmamışdır. Sanki belədə olmalıymış.

Yəni, bütün dövlət aparatının etinasızlığı onu göstərmişdir ki, mən və mənə görə ailəm arzuolunmaz şəxslər elan edilmişik. Azərbaycanda yadelliyik. Digər məsələlərdə var ki, xırdalığa gedib toxunmuram.

İş hakim Rüstəm Kərimlinin icraatına verilmişdir.

Bu məsələni sosial medyada ona görə qeyd edirəm ki, zərurət yarandığı təqdirdə medyanı işi  nəzarətdə saxlamağa dəvət edəcəm.

Zaman-zaman işin gedişatı barədə əlavə məlumatları paylaşacam. Bütün bir dövlət aparatı ailənin bir üzvünün müxalif düşüncəsinə görə bir ailənin üzərinə necə yeriməkdədir. Halbuki, mən 2016-cı ildən siyasi fəaliyyətimi dondurmuşam. Amma bunlar əl çəkməyiblər.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın