Doğumu qeydə alınmayan, Ədliyyə nazirliyi tərəfindən aşkar edilmiş uşaqların sayı açıqlandı

24, 05, 22
09:00

Doğumu qeydə alınmayan, Ədliyyə nazirliyi tərəfindən aşkar edilmiş uşaqların sayı açıqlandı


Son 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistikası açıqlanıb.

"Azərbaycan Reallığı" xəbər verir ki,  məlumatına görə, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə bildirib ki, 2018-ci ilə 2167 belə hal olub: "Onlardan 2054-ü aşkarlanıb. 2019-cu ildə bu rəqəm 1980 olub, 1813 aşkarlanıb. 2020-ci ildə doğumu qeydə alınmayan uşaqlarının sayı 1312 olub, onlardan 1205 fakt aşkar edilib. 2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb. 2021-ci ildə 972 uşağın doğum haqda qeydiyyatı olmayıb, onlardan 937- i aşkar edilib. Bu il mayın 1-ə qədər isə bu rəqəm 449-dur. Onlardan 421- aşkar edilərək qeydiyyata götürülüb."

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın