“Süfrəmiz” restoranda NATƏMİZLİK - Qida Təhlükəsizliy Agentliyi hara baxır?

22, 05, 22
12:00

“Süfrəmiz” restoranda NATƏMİZLİK - Qida Təhlükəsizliy Agentliyi hara baxır?


Abay Komanbayev -56 ünvanında yerləşən ” Süfrəmiz” restoranı illərdir ki, burada yaşayan sakinlərin rahatlığına haram qatıb. Həyət sakinlərinin daxil olan şikayətlərində qeyd edilir ki, dəfələrlə narahatçılıqla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət olunub, Binəqədi rayon 5-ci. polis bölməsinin ərazi müfəttişinə məsələ ilə bağlı məlumat verilib. Amma nə hacət…

Hal-hazırda “Süfrəmiz” adlanan kafeni 1500 AZN məbləğ (aylıq) icarəyə götürən Qadir Məmmədov bildirir ki, iki aydır bu restoranı mən işlədirəm. Amma restoran sahibi ilə heç bir müqavilə imzalamamışam. Səbəbini soruşduqda isə o heç bir sənədinin qaydasında olmadığını bildirdi. Restoranda çalışan 4 işçinin heç biri ilə əmək müqaviləsi yoxdur. Obyekt icəradarinin VÖENi olmadığından burada kassa aparatı belə yerləşdirilməyib. Demək ki, restoran uzun müddətdir ki, bu qaydada vergilərdən yayınır.

Restoran sahibi isə obyektin mübahisəli olduğu üçün işlərinin baxılması üçün hələ də məhkəmədə olduğunu bildirdi. Çox maraqlıdır. Səbəb nə ola bilər ki, sakinlərin rahatlığını pozan, vətəndaşların dəfələrlə şikayətçi olduğu obyektdə vergi yayınmaları halına niyə göz yumulur. Nə üçün əmək müfəttişliyi dən heç bir kəs bura yaxınlaşmır? Masaların üstünə sərilmiş örtüklərin kiri adama gəl-gəl deyən bu restorana niyə QTA yaxınlaşıb bir manitorinq keçirmir? Ümidvarıq ki, aidiyyatı qurumlar tez bir zamanda hərəkətə keçəcək. (Aztimes.az)

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın