"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"n sədri Eyvazova müraciət etdi

14, 05, 22
10:00

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"n sədri Eyvazova müraciət etdi


Hüquq mühafizə orqanlarında və cəzaçəkmə müəssisələrində vətəndaşlara verilən işgəncələr, qətllər, adam oğurluqları, söz azadlığı və sərbəst toplaşma hüququnun boğulması, jurnalistin boğazına dirənən bıçaq, icra orqanlarında vətəndaşların aşağlanması, təhqir olunması ölkədə hökm sürən cəzasızlıqdan doğan, siyasi mahiyyət daşıyan cinayətlər kateqoriyasına aid olan cinayətlərdir. Hökm sürən cəzasızlığa etiraz etmək isə hər bir vətəndaşın hüququdur və bu hüququ da vətəndaşa verən Azərbaycan Respublikasının Konstitusiyasıdır.

Bu gün 14 may tarixində, saat 15:00 da bir qrup Vətəndaş Cəmiyyətinin nümayəndələri, jurnalistlər, ictimai fəalların və siyasi xadimlərin hökm sürən cəzasızlığa etiraz etmək məqsədiylə Fəvvarələr Meydanında təyin etdiyi dinc aksiya Konstitusiyanın vətəndaşlara verdiyi hüquqdur və bu hüquqa hörmət etmək isə bütün dövlər orqanlarının da borcudur.
Xaricdəki „satqınların“ Bakıda təşkil etdikləri aksiya haqqında | Rezo  Əliyevin bloqu
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq Azərbaycan Respublikasının Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazov cənablarına müraciət edərək bildiririk ki, bir qrup Vətəndaş Cəmiyyətinin nümayəndələri tərəfindən bu gün saat 15:00-a Fəvvarələr Meydanına təyin edilmiş dinc etiraz aksiyasına polis əməkdaşlarının aşırı müdaxiləsinə imkan verməsin və aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını şəxsi nəzarətinə götürəsiniz.
Azərbaycan-Avropa İttifaqı sazişi: Gözlənti nədir? - BBC News Azərbaycanca
Bu gün Bakı şəhərində digər mühüm Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinində bayram tədbiri vardır və bəzi təxribatçı qüvvələrin yararlanmasına imkan verməmək üçün təyin olunmuş dinc aksiyaya müdaxilə edilməməli və iştirakçıların təhlükəsizliyi yüksək səviyyədə təmin olunmalıdır.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın