Düzgün Atalı: Millət öz taleyinə sahib çıxmayanda, yadellilərin alətinə çevrilir

Cəmiyyət / Manşet
 13-05-2022, 13:00     882


90 -cı illərdə, azadlığı üçün, qorxunc şər imperyasılə döyüşən, dünyanın az qala bir nömrəli hadisəsinə çevrilən Dudayev, Yandarbiyev Çeçenistanı var idi.        

Bu gün də Çenistan var. Ancaq, bu günkü Çeçenistan Kadirov timsalında şər imperiyasına xidmət edən Çeçenstandır.      

Dudayev, Yandarbiyev çeçen idi. Kadırovda çeçendir. Dudayev, Yandarbiyev Çeçenlərin azadlıq simvoluna çevrildi. Kadirov isə, xəyanətkar olaraq, azadlığına qovuşmaq istəyənlərin qarşısında bir sədd oldu.      

Doğurdan da, xalqların azadlığa qovuşmasında şəxsiyyətlərin rolu çox önəmlidir.      

Cövhər Düdayevin müdrükcəsinə dediyi, bu sözləri unudulmayıb, tez-tez xatırlanır:

"Ukrayna Günəşi doğanda Rusya imperiyası öləcək"        

Düşünürəm ki, azadlıq aşiqi Düdayevin dediklərinin zamanı yetişib. Rusya Ukrayna  ərazilərinə  müdaxilə edib. Ağır döyüşlər gedir. İmperya, müharibədə ağır itkilərlə üzləşir. Sülhsevər dövlətlər və azadlığına qovuşmaq istəyən xalqlar Ukraynanın yanındadır. Şər imperiyasının sirdan çıxmasını istəyən çeçen xalqı da var.        

Rus - Çeçen müharibəsində, xeyli ukraynalı döyüşçü, çeçenlər tərəfdən ruslarla döyüşürdü. Çeçenlər də Ukraynada döyüşürlər, ancaq fərqli cəbhələrdə. Azadlığına qovuşmaq istəyən Düdayevçilər Ukraynanın azadlığı uğrunda imperiyaya qarşı döyüşür. Onlar Çeçeniistanıın azadlığını, Ukraynanın qələbəsindən görürlər.    

Bu döyüşdə, Çeçenistanın azadlıq istəyini ürəyində qoymaq istəyən Kadırovçular da  döyüşür, ancaq onlar rus tərəfindən Ukraynaya qarşı!

 AZƏRBAYCANREALLIĞI.COM