Şovinist Simonyanın “Sputnik” layihəsi ölkəmizdə niyə yasaqlanmır – hökumətə çağırış...

16, 04, 22
15:00

Şovinist Simonyanın “Sputnik” layihəsi ölkəmizdə niyə yasaqlanmır – hökumətə çağırış...


Erməni şovinizminin Rusiyadakı əsas dəstəkçilərindən biri də Marqarita Simonyandır. O, Rusiyanın rəsmi şəxsi sayılır; RF-da dövlət agentliyinə rəhbərlik edir və RT telekanalının baş redaktorudur. “Sputnik” xəbər agentliyinin (Sputnik.az “Russia Today” media şəbəkəsinə daxildir-red.) rəhbəri olan Marqarita Simonyan davamlı olaraq Azərbaycana qarşı kampaniya aparır. Hazırda sülh danışıqlarının getdiyi bir vaxtda bu prosesə qarşı təbliğata start verib, daha da aqressivlik nümayiş etdirir.

O, Azərbaycanın ərazi bütövlüyünə qarşı təşviqatla məşğuldur, rus sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin Rusiyaya birləşdirilməsinə çağırışlar edir. Adam birmənalı olaraq separatçı və şovinistdir: “LNR”, DNR xülyası ilə yaşayır, əndazəni tamamilə aşaraq bunu Qarabağ ərazisinə bir nümunə kimi təqdim edir. Faktiki olaraq bununla Simonyan cinayət xarakterli davranışlar sərgiləyir, Azərbaycanın ərazi bütövlüyünə, Konstitusiyasına zidd davranışları günbəgün artırır.
Margarita Simonyan 18 Yaşına Necə Baxdığını Göstərdi
Acınacaqlı olan, təəssüf doğuran həm də odur ki, separatizmi təbliğ edən Simonyanın rəhbəri olduğu “Sputnik”in Azərbaycan bölümü (“Sputnik Azərbaycan”) bu gün ölkəmizdə fəaliyyətdədir.

Burada bir məqamı diqqətə çatdıraq: “Sputnik Ermənistan” fəaliyyətdə olduğu müddətdə daim Azərbaycanın əleyhinə çalışıb, əksər təxribat xarakterli materiallar orada yayımlanıb. Ancaq 2014-cü ildə ölkəmizdə fəaliyyətə başlayan “Sputnik Azərbaycan”ın ölkəmizin maraqlarına uyğun, haqlı mövqeyimizi əks etdirən, Ermənistanın işğalçı olmasına dair yazıların dərc olunmasına birmənalı şəkildə imkan verilməyib.

Əksinə, “Sputnik Azərbaycan”da Ermənistanın cinayətlərinə dair yazıların getməsinə qadağa qoyulub.

"Sputnik”in Azərbaycan bürosunun baş redaktoru olmuş Mətin Yaşaroğlunu məhz Qarabağla bağlı obyektiv yazıları da dərc etmək istədiyi üçün işdən çıxarmışdılar.

M.Yaşaroğlunun Azərbaycan bürosunun rəhbəri kimi fəaliyyətini davam etdirməsi üçün onun qarşısına Qarabağ mövzusunda material yaymamaq haqda şərt qoyulduğu bildirilirdi. Bu şərti qəbul etməyən büro rəhbəri isə işdən getmək qərarı vermişdi.

Bundan sonra Simonyan aşkar şəkildə “Sputnik Azərbaycan”ı ölkəmizdə ermənipərəst təbliğat vasitəsinə çevirmək niyyətini ortaya qoydu. Erməni kökənli və Rusiyada yaşadığı dövrlərdə qaranlıq işlərlə məşğul olan, anti-Azərbaycan mövqeli Əziz Əliyev adlı şəxsi “Sputnik”in Azərbaycan bölməsinə rəhbər təyin etdi.

Mətbuatda Əziz Əliyevin Rusiyadakı erməni lobbisinə xidmət etməsinə, onların əlamanı olmasına dair xeyli material dərc olunub.
İddia edilirdi ki, anası erməni olan Ə.Əliyev Rusiyadakı erməni lobbisi tərəfindən Azərbaycana göndərilib.

Əziz Əliyev Moskvada media maqnatı Aram Qabrelyanın yanında, “Life” jurnalında fəaliyyətə başlayıb. Sonradan məhz onun dəstəyi ilə Bakıya transfer edilib.

İkinci Qarabağ savaşı zamanı Əziz Əliyevin rəhbərliyi altında olan Sputnik.az-da Azərbaycanın dövlət maraqlarına zidd, ermənipərəst yazılar əskik olmadı.

Ötən ay isə Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin Azərbaycandakı nümayəndəliyinə daha təhlükəli bir fiqur yeni rəhbər təyin edilib. Martın ortalarından “Sputnik-Azərbaycan”a Vitali Denisov rəhbərlik edəcək.
5ed9a8da-dc5d-465c-abf7-a623d612a0b0.jpg (22 KB)
V.Denisov bundan əvvəl Cənubi Osetiyada (separatçı bölgə) “Sputnik”in yerli bürosuna rəhbərlik edirdi.

Ermənipərstliklə yanaşı, separatizmin təbliğində təcrübəsi olan şəxsin erməni əsilli Əziz Əliyevlə əvəz olunması daha informasiya məkanımızda təhlükəli proseslərin startı kimi qiymətləndirilir.

Əldə etdiyimiz məlumata görə, Sputnik.az-a çox böyük pullar ayrılır. Onu da araşdırmaq olar ki, həmin vəsaitləri sayt üzərindən guya əmək haqqı kimi rəsmiləşdirib, bir hissəsini əməkdaşlara məvacib olaraq verib, qalan hissədən isə mediaya aidiyyəti olmayan agentura şəbəkəsi formalaşdırmaq üçün yararlanılır, ya yox...

Bir müddət öncə ölkəmizin düşmənlərindən olan Marqarita Simonyanın “Russia Today” və “Sputnik” media orqanlarının Avropa İttifaqı ərazisində yayımlanmasına qadağa qoyuldu.

Separatizmi təbliğ edən, Azərbaycana qənim kəsilən, erməniləri revanşa səsləyən, sülh prosesinin və 10 noyabr Bəyannaməsinin tam əleyhinə iş aparan Simonyanın rəhbəri olduğu “Sputnik”in Azərbaycanda təmsilçiliyinin fəaliyyətinə Azərbaycan da yasaq qoymalıdır. Dövlətimizə, ərazi bütövlüyümüzə qəsd edən bir agentliyin fəaliyyətini dayandırmaq qətiyyən söz azadlığı, demokratiya kontekstində qiymətləndirilə də bilməz.
Burada bir məqamı da qeyd edək: Rusiyanı tənqid etdiyinə, Ukraynanın da rəsmi xəbərlərini dərc etdiyinə görə Azərbaycanın bir sıra saytları – Musavat.com, Minval.az, haqqın.az, oxu.az və digər saytlar RF ərazisində bloklanıb.

Belə olan halda Azərbaycana qarşı qərəzli kampaniya aparan Simonyanın layihəsi olan “Sputnik”in Azərbaycan bürosunun fəaliyyətinə Azərbaycan və ölkə ictimaiyyəti niyə dözməlidir?

Peşəkar media adamları, ictimaiyyət nümayəndələri hesab edir ki, Azərbaycan hökuməti “Sputnik”in ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə son qoymalıdır. Bu, həm mənəvi, həm də hüquqi baxımdan doğru addım hesab olunur.

AZƏRBAYCANREALLIĞI.COM   



Bizimlə əlaqə saxlayın