Rus ordusu bu istiqamətdə darmadağın oldu: Tanklar 10 təyyarə, yanacaq kalonu məhv edilidi – FOTOLAR

11, 03, 22
13:00

Rus ordusu bu istiqamətdə darmadağın oldu: Tanklar 10 təyyarə, yanacaq kalonu məhv edilidi – FOTOLAR


Rusiya ordusu ötən gün ərzində də Ukraynada canlı qüvvə və texnika sarıdan ağır itkilər verib. Xəbər verildiyi kimi Kiyev ətrafındakı Brovarı rayonunda Rusiya ordusunun tank polkuna artilleriya və hava zərbələri endirilib, bu zaman polk komandiri də daxil olmaqla onlarla hərbçi ölüb. Bir neçə tank sıradan çıxarılıb, bir tank və bir MTLB personal daşıyıcı qənimət götürülüb.

Ukrayna Silahlı Qüvvələrinin “Şimal” əməliyyat Komandanlığının yaydığı məlumatda isə deyilir ki, Çerniqov vilayətində düşmənin üstün qüvvələri ilə döyüşün nəticəsi olaraq Rusiya ordusunun 10 tankı, zenit-raket kompleksi və zirehli təxliyə maşını qənimət olaraq ələ keçirilib. Rusların canlı qüvvə sarıdan itkiləri barədə məlumat verilmir.

Sumı vilayətində isə Rusiya ordusunun təchizat kalonu darmadağın edilib. Sosial şəbəkələrdə bu hücumun nəticələrinə dair kadrlar yayılıb, kadrlardan məlum olur ki, çoxsaylı yanacaq və təchizat maşını yandırılıb, məhv edilib. “Müharibənin ikinci həftəsində ruslara nəhayət çatıb ki, kalonu sadəcə olaraq irəli göndərmək yox, onu müşaiyət etmək də lazımdır. İndi təchizat kalonu ilə “Tiqr” zirehli maşını və BTR-80 gedir.

Amma...indiki halda onlara bu da kömək etmədi”, - Facebook istifadəçisi Dmitri Putyata həmin kadrları paylaşaraq yazıb.

Kadrlardan məlum olur ki, rusların təchizat kalonunu hava hücumundan qorumaq üçün “Osa-M” zenit-raket kompleksi də müşaiyət edib, amma həmin texnika da vurulub. Sıradan çıxarılan yanacaq maşınlarının sayı 10-dur.  Ukraynalı hərbi jurnalist Yuri Butusov əməliyyatı belə şərh edib: “Rusiya ordusunun yanacaqdolduran kalonunun nümunəvi şəkildə darmadağın edilməsi... Şübhəsiz ki Ukrayna döyüşçülərinin bu uğurlu hücumu Rusiya qoşunlarının hücum əməliyyatlarına ağır zərbə vurmuş oldu”.

Digər məlumata görə Ukrayna xüsusi təyinatlıları Rusiyanın “Pantsir -S1” zenit raket-top kompleksini qənimət olaraq ələ keçiriblər. Bu kompleksin qiyməti 15 milyon dollardır. Əməliyyatın harada keçirildiyi göstərilmir.

Ukrayna Silahlı Qüvvələrinin Hava Komandanlığı isə bildirir ki, martın 10-da düşmənin 10 döyüş təyyarəsi məhv edilib. Habelə Ukrayna aviasiyası düşmənin iki kalonuna sarsıdıcı hava zərbələri endirib.

Məlumatda deyilir ki, Rusiya Hava Kosmik Qüvvələri ötən gün ərzində 7 Su-25, habelə Su-34 itirib, sonuncu aldığı zədə ilə aerodroma qayıtmağa çalışsa da Rusiya ərazisində yerə düşüb. Quru qoşunları isə öz növbəsində iki Su-25 vurublar, bu təyyarələrin vurulması fotomateriallarla təsdiqlənib. Onlardan biri “Stinger” raketi ilə vurulub.

Bütün bunlar Rusiya ordusunun ötən gün verdiyi itkilərin heç də hamısı deyil. (Virtualaz.org)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın