İlqar İsmayılova bəraət verilənədək hüquqi müstəvidə mübarizəmiz davam edəcək - MƏHKƏMƏ

15, 02, 22
11:00

İlqar İsmayılova bəraət verilənədək hüquqi müstəvidə mübarizəmiz davam edəcək - MƏHKƏMƏ


Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əli Məmmədovun sədrliyi ilə “İdeal” Mağazalar Şəbəkəsinin keçmiş sahibi, hazırda həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Ə.Məmmədov təqsirləndirilən İ.İsmayılova son söz verməzdən öncə bildirib ki, Zərifə Həmzəyevanın nümayəndəsi Samir İsayev prosesdə işritak etmir: "Nəzərinzə çatdırım ki, Z.Həmzəyevanın nümayəndəsi prosesə qatılmayıb. prosesin onsuz davam etməsinə etirazınız varmı?"

İ.İsmayılov və onun hüquqlarını müdafiə  edən vəkillər  İlhamə Həsənova, Rəşad Əliyev və Gülnar Quliyeva prosesin Samir İsayevsiz davam etməsinə etiraz etməyiblər. Daha sonra prosesə sədrlik edən hakim Ə.Məmmədov həm ittiham, həm  də müdafiə tərəfinə replka hüququ verib.
Dövlət ittihaçşısı müdafiə tərəfinin sübut və faktlarıyla bağlı məhkəməyə təqdim etdiklləri faktları inkar edən replika bildirib.

İ.İsmayılovun hüquqlarını müdafiə edən tanınmış və peşəkar vəkil İlhamə Həsənovanın müdafiə etdiyi şəxsə qarşı ittihamıarın əsassız öduğunu məhkəmənin diqqətinə çatdıran çıxışı dövlət ittihamçısını özündən çıxarıb. Əsəblərini idarə edə bilməyən prokuror vəkil İ.Həsənovanın çıxışına müdaxilə etdiyindən prosesdə qalmaqal yaşanıb.

İ.Həsənova çıxışında bildirib ki, İ.İsmayılova qarşı irəli sürülən ittihamlar əsassızdır və sübuta yetirilməyib: "İttiham tərəfinin prosesə şahid qismində dəvət etdiyi insanların verdiyi ifadələr İlqar İsmayılovun həqiqətən günahsiz olduğunu təsdiqləyib. Məhkəmədən İlqar İsmayılova ədaləti bərqərar edib, ona bəraət hökmü çıxarmasını istəyirəm".

Daha sonra prosesdə İlqar İsmayılov son sözünü deyib.

O, çıxışında  ittihamın uydurma olduğunu bildirib. İ.İsmayılov çıxışında fakt və sübutlara əsaslanaraq deyib ki, ittiham tərəfi şirkətin kassasından özbaşına pul götürdüyünü təsdiqləyən mötəbər sübut tapıb iş materiallarına əlavə edə bilməyib. İ.İsmayılov  2016-cı ilin may aylnda da eyni ittiham və eyni maddələrlə, eyni audit şirkətinin əliylə barəsində cinayət işi başladıldığını da qeyd edib. O, bildirib ki, həmin vaxt bunda  məqsəd şirkətdəki qalan payını da onun əlindən almaq olub.

İ.İsmayılov çıxışında bildirib ki, 2018-ci ilin yanvar ayında həmin cinayət işinə xitam verilib. Lakin iş adamı susmadığına, haqqını tələb etdiyinə görə ona qarşı eyniməzmunlu cinayət işi yenidən başlanıb:

"Bu məhkəmənin nəticəsindən asılı olmayaraq, əlimdən zorla alınmış haqqım bərpa olunana qədər mübarizəmi davam etdirəcəyəm. Mənim ətrafımda baş verənlər həm də ölkədə aparılan islahatlara kölgə salır. Əminəm ki, nə vaxtsa ədalət bərqərar olacaq. İstərdim ki, bunu indi siz edəsiniz".

Məhkəmə müşavirəyə gedib.  8 dəqiqəlik müşavirədən sonra hakimlər İlqar İsmayılovun 6 il müddətinə azadlıqdan məhrum olunması haqda hökm çıxarıblar. Lakin dövlət ittihamçısının İ.İsmayılova cəza istəyərkən istintaq dövründə üzərinə həbs qoyulmuş evinin də müsadirə olunmasını təklif etsə də, məhkəmə sözügedən evin üzərindəki  həbsi götürülüb.

İ.İsmayılovun hüquqlarını müdafiə edən vəkilləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunsuz və əsassız hesab ediblər.  Onlar bildirib ki, yaxın günlərdə sözügedən hökmdən apellyasiya şikayəti verəcəklər. Müfafiə tərəfi hesab edir ki, İ.İsmayılov təqsirsizdir və bunu məhkəmə araşdırması da ortaya qoydu"İ.İsmayılova bəraət verilənədək hüquqi müstəvidə mübarizəmiz davam edəcək".

Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.

Xatırladaq ki, İ.İsmayılova AR CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Lakin İ.İsmayılov ittihamları qəbul etmir və özünü təqsirli bilmir. (Azadmediatv.com)

Gülnaz Qənbərli

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın