Seyyid Taleh: “Quran”da deyir ki, az gülün, çox ağlayın” VİDEO

09, 06, 18
15:10

Seyyid Taleh: “Quran”da deyir ki, az gülün, çox ağlayın” VİDEO

âQuranâda deyir ki, az gülün, çox aÄlayınâ
“Quran”da deyir ki, az gülün, çox ağlayın. Fazil Mustafa əzadarlığı inkar etmək üçün, hər hansı bir ayə deyə bilərmi? Bir ayə göstərə bilərmi ki, bizim etdiklərimiz “Quran”a ziddir?

Bu sözləri Teleqraf.com-a müsahibəsində mərsiyəxan Seyyid Taleh Boradigahi deyib. Müsahibəni təqdim edirik:

– Taleh bəy, millət vəkili Fazil Mustafa iddia edir ki, sizin ifa etdiyiniz mərsiyələr Qurani-Kərim ayələri ilə uzlaşmır. Onun fikrincə, “Quran”da bu cür məclisləri dəstəkləyən ayələr yoxdur və bu cür mərsiyələr din əxlaqı məsələsində də quyunun dibində olduğumuzu göstərir…

– Çox adam çox söz deyə bilər. Əgər Fazil Mustafa inkar edirsə, o demək deyil ki, ayələr yoxdur. Əsrlər boyu bizim dahilər də mərsiyələr yazıblar. Füzuli də, Sabir də, Natəvan da, Seyyid Əzim də, Vahid də mərsiyə yazıb. Hər kəsin öz baxış bucağı var, ancaq heç kəsin ixtiyarı yoxdur ki, dəyərli alimimiz Haci Şahin Həsənlini, əhli-beyt aşiqlərini təhqir etsin. Azərbaycan xalqının 80%-i əhli-beytin dostudur, İmam Hüseynə sinə vuran, göz yaşı tökəndir. Bizim ölkədə iki ay matəm olur. Heç kim toy etmir, imamın qırxına qədər gözləyirlər. Gərək bu hadisə olmayaydı. Əgər bunu adi vətəndaşlar etsəydi, bu qədər təsirli olmazdı, ancaq bir millət vəkilinin bu cür addım atması yaxşı hal deyil. Çünki bizim dövlətimiz də daim dinin yanında olub. Rəhmətlik Heydər Əliyevin də aşura mərasimlərində iştirak etdiyini göstərən kadrlar var. Hətta mərasimlərin birində gözəl çıxış da edir.

– Son vaxtlar sosial şəbəkələrdə də sizin videolarla bağlı tənqidi fikirlər çox səslənir. Sinə döymək, ağlamaq bəzi insanlar tərəfindən birmənalı qarşılanmır.

– Bir şadlıq mərasimi var, bir də matəm mərasimi. Şadlıq mərasimlərində insanlar sevinir, əl çalırlarsa, matəm mərasimlərində göz yaşı tökürlər. Biz Hz.Məhəmmədin ümmətiyik. Bizim peyğəmbərimiz də ağlayıb. Qurani-Kərimə nəzər edəndə peyğəmbərlərin də ağladıqlarını görürük. Yaqub peyğəmbər oğlu Yusifin sağ olduğunu bilə-bilə onun üçün göz yaşı töküb. İmam Hüseynin şəhid olacağını peyğəmbərə xəbər verəndə, o da ağlayıb. Bu barədə hədislər də var. Bu şeyləri inkar etmək, qəbul etməmək üçün heç kəsin dəlili yoxdur. Sadəcə olaraq, kimlərəsə xoş gəlmir. Mənim də çox şey xoşuma gəlməyə bilər, ancaq heç kəsi əqidəsinə görə təhqir etmək olmaz. Tənqid et, amma gözəl şəkildə et. O boyda millət vəkili küçə adamlarının paylaşdığı görüntüləri paylaşıb alimimizin ünvanına o cür ifadələr işlətməməli idi. İndi də dediklərini inkar edir. Guya bütün dediklərini mənə ünvanlayırmış. Özünə bu cür haqq qazandırır, günahlarını yumaq istəyir. Lap mən olum, yenə haqqı yoxdur. Bizim şəhidlərimiz gələndə anaları heç “oğlum” deyib ağlamayıblar, elə “Şah Hüseynim, vah Hüseynim” deyib sinə vurublar. Bəyəm bu şeyləri özümdən kəşf etmişəm? İllərdir mərsiyəxanam, əhli-beyt məddahıyam, vəzifəm budur. Kimsə öz əqidəsi yolunda bir iş görürsə, əsla onu təhqir edə bilmərəm. “Quran”da ayə də var, Allah peyğəmbərə buyurur: İman gətirənlərə de ki, bütə sitayiş edənlərin yanında bütləri söyüb təhqir etməsinlər. Olmaz! Çünki onlar da sizin Allahınızı söyə bilərlər.

– Sizin dediklərinizi konkret olaraq təsdiq edən “Quran” ayələri varmı?
– “Quran”da deyir ki, az gülün, çox ağlayın. Fazil Mustafa əzadarlığı inkar etmək üçün, hər hansı bir ayə deyə bilərmi? Bir ayə göstərə bilərmi ki, bizim etdiklərimiz Qurana ziddir? Bu barədə alimlərimiz, elə Hacı Şahinin özü geniş danışa bilər. Baxmayaraq ki, İslam Universitetini bitirmişəm, mən o qədər də savadlı deyiləm. Yəni mənim işim oxumaqdır. Çalışıram ki, Allahın mənə verdiyi səsi elə onun yolunda sərf edim. Əgər sinə vururamsa, Allah buna görə məni cəhənnəmə aparacaq? Bu nə məntiqdir? Hətta əzadarlıqla bağlı əhli-sünnə alimlərinin də gözəl fikirləri, hədisləri var. Get-gedə əzadarlıq da inkişaf edir. Görünür, bəziləri bundan narahatdır. Yenə deyirəm, dəlilə qalsa, hədislərdə çox dəlillər var. Saymaqla qurtarmaz. 1 saat vaxt versəz, mən savadsız ola-ola bir xeyli dəlil taparam. İndi görün, bizim alimlərimiz nələr deyərlər.

– Ümumiyyətlə, din mövzusunda kimlər fikir söyləməlidir? Çünki belə mübahisəli məqamlar tez-tez yaranır.

– Gərək o insanların söz demək haqqı ola ki, onların islamdan anlayışı, dini savadı da var. Mən bir həkimin yanında dərmanın təsirlərindən danışmaq istəsəm, o dəqiqə etiraz edəcək ki, sən nə bilirsən, hansı dərmanın tərkibində nə var? Amma din mövzusuna gələndə hər kəs fikir bildirmək istəyir. Ən böyük bəla da budur ki, qarşı tərəfi məcbur edir ki, mənim kimi düşün. Xeyir ola, sənin kimi düşünməliyəm? Sənin əqidən başqadır, mənim əqidəm başqa. Biz azərbaycanlıları daim birliyə, vəhdətə çağırırıq. Əhli-sünnəylə qardaşlıq edirik. Harda yazılıb ki, Əli şiəsiyəm, İmam Hüseynə ağlayıram deyə məni təhqir etməlisiz? Sözüm o “Quran” , “Quran” deyənlərədir , “Quran”da varmı bu haqda ayələr? “Quran”da hər şey yoxdur ki. Bəzi məsələlər peyğəmbərlərin, imamların hədisləri ilə izah olunur. Yaxşı olardı ki, bilənlər danışsınlar. Heç kimin haqqı yoxdur ki, qarşı tərəfi özü kimi düşünməyə məcbur etsin.

– Bu hadisədən sonra sizin tərəfinizi saxlayan dindarlar Fazil Mustafanın şəkillərini zibil qutularına vurdular. Bu barədə fikriniz nədir?
– Qətiyyən olmaz. Bu addımı atanlar səhv ediblər. Qarşı tərəf də götürüb ondan betərini edə bilər. O zaman küçə adamıyla bizim nə fərqimiz olacaq? Yenə deyirəm, gərək bu xalqın savadlı millət vəkili, şəxsiyyəti hansısa küçə adamının paylaşdığı videonu paylaşmayaydı. Təbii ki, dindarlarda qıcıq yaradacaqdı. Neçə gündür fikir verirəm, bu mövzu gündəmi zəbt edib. Dindarlar deputatı təhqir edirlər, onun tərəfindəkilər də bizi. Bizə cürbəcür adlar da qoyurlar. Nəyəsə etiraz edən kimi, İran agenti deyirlər. Hamı gördü ki, Hacı Şahin Fazil Mustafaya necə savadlı, təmkinli, təhqir etmədən cavab verdi. İmam Hüseyn bizim qırmızı xəttimizdir, həssas yerimizdir. Əsrlər boyu İmam Hüseyn məktəbinin adını mərsiyələr, sinə vurmalar saxlayıb. Hər yerdə İmam Hüseynə yas saxlanıb. Mən Türkiyənin dövlət kanalında İmam Hüseyn üçün oxumuşam. Bir nəfər də etiraz etmədi. Bir nəfər də demədi ki, bu, olmaz.

İndi ateistlər baxıb gülürlər. Deyirlər ki, müsəlmanlar bir-birinə təhqir yağdırırlar.

Bizimlə əlaqə saxlayın