Emin 444 qətli ilə bağlı Apelyasiya Məhkəməsi keçirildi: İş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi - FOTOLAR və VİDEO

27, 11, 21
14:00

Emin 444 qətli ilə bağlı Apelyasiya Məhkəməsi keçirildi: İş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi - FOTOLAR və VİDEO


Bakı Apelyasiyya Məhkəməsində hakim Habil Məmmədovun sədirliyi ilə 2019 cu ilin ölkənin səs- küylü qətillərindən olan, 78 bıçaq zərbəsi ilə qətilə yetirilən Emin Səfərovun qətili ilə bağlı məhkəmə prosesinin hazırlıq iclası keçirilib.Qeyd edək ki, sözü gedən qətldə bir neçə nəfər iştirak etsə də istintaqa ancaq Həsən Tağıyev və Zaur Yusifov cəlb olunublar. Amma Oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsi Zaur Yusifov barəsində bəraət, Həsən Yusifov barəsində isə 18 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxardıb. İttihamçı prokror Bakı Ağır Cinayətlər Məhkəməsində hər iki şəxsi iş üzrə təqsirli bilib, hər ikisinin 20 il müddətinə Azadlıqdan məhrum olunmasını istəmişdi.

İş üzrə qətlə yetirilən Emin Səfərovun anası Məlahət Səfərova zərərçəkmiş şəxs qismində tanınır amma ana oğlunun qətlinin əsas səbəbkarının Zaur Yusifov olduğun bildirir. Elə buna görə də bakı ağır cinayətlər hökmündən narazı qalan Məlahət Səfərova və etibarnamə ilə onun hüquqların müdafiə edən hüquqşunas Mübariz Məsimoğlu Bakı Apelyasiya məhkəməsinə şikayət edərək, qətlin əsas səbəbkarı olan Zaur Yusifovun da cəzalandırılmasını da istəyirlər. Onu da qeyd edək ki, prokrorluq da Zaur Yusifova bəraət çıxarılma qərarı ilə razılaşmayıb, buna görə də Apelyasiya Məhkəməsinə protest verib.

Apelyasiya Məhkəməsinin iclası 26.11.2021 - cu il saat 10:20 yə təyin olunaraq baş tutub. Emin Səfərovun vəkillərinin  Bakı Ağır Cinayətlər Məhkəməsində işdə xeyli qanun pozuntuları olması haqqda vəsatət qaldırıblar. Hazırki mərhələdə işə aid olmayan məhkəmə protokollarlnın iş materiallarının arasına düşməsi  səbəbindən Apelyasiya  Məhkəməsi 10 gün müddətində həmin səhvlərini düzəltmək üçün işi Bakı Ağır Cinayətlər məhkəməsinə qaytarıb.

Məhkəmə bitdikdən sonra Emin Səfərovun anası və Mübariz Məsimoğlu məhkəmə binası önündə jurnalistlərə qısa açıqlama veriblər. Onlar məhkəmə istintaqı getdiyi üçün hələ ki, media təmsilçilərinə  tam açıqlama verib məhkəmə prosesinə maneçilik göstərmək istəmədiklərini  bildiriblər. İstər Emil Səfərovun anası, istər də Mübariz Məsimoğlu işin indiki gedişatından hələlik razı olduqların bildiriblər və qeyd ediblər ki, əsil cinayatkar da tez bir zamanda layiqli cəzasını alacaq.
Məhkəmə qəddar qətldə adı keçən dünya çempionunu həbsdə saxladı » RUBLIKA.AZ
Emil Səfərovun anası məhkəmə önündə jurnalistlərə çıxışı zamanı oğlunun ölmündə əsl qatil Zaur Yusifovun olduğun bildirib. O, sosial şəbəkələr və KİV vastəsi ilə səsinin eşidildiyini bildirib. Hələ ki, gedişatdan narazlığım yoxdur, inanıram ki, Bakı Apelyasıya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri kimi vicdanlarını pula satmayacaqlar. O, həmçinin, hakim Habil Məmmədovun ədalətinə inandığını bəyan edib.

Qeyd edək ki, məhkəməyə gələn jurnalistlərin ad soyadları hansı KİV orqanların işçiləri olunması haqda nəzarəçilər qeydlər aparsalar da onları məhkəmə zalına buraxmayıblar. Növbəti məhkəmə prosesi isə qeyri -müəyyən vaxtadək təxirə salınıb.
 

AZƏRBAYCANREALLIĞI.COM



Bizimlə əlaqə saxlayın