MƏLAHƏT XANIMIN SUÇU NƏ, yaxud ANAR MƏMMƏDOV ÖZÜNÜN QAZDIĞI DAR QUYUYA NECƏ DÜŞÜB?

13, 10, 21
09:00

MƏLAHƏT XANIMIN SUÇU NƏ, yaxud ANAR MƏMMƏDOV ÖZÜNÜN QAZDIĞI DAR QUYUYA NECƏ DÜŞÜB?


2019 - cu ildən üzü bu yana Anar Məmmədov bütün fəaliyyətini xanım Məlahət Qurbanovanın üzərinə yönəldib. Ölkədə baş verən mühüm hadisələri bir tərəfə qoyub bu xanımın adını dönə- dönə mətbuatda, öz Feyisbuk səhifəsində hallandırmaqla özünə güzəran ağlayıb. Günü bu gündə  cəmiyyətə yanlış informasiyalar ötürür, özünü əzabkeş jurnalist kimi təqdim edir, Məlahət xanımın imicinə, şəxsiyyətinə zərbə vurmağa çalışır. Və bəzi mətbuat işçiləri də, feysbuk istifadəçiləri də özləri də bilmədən onun toruna düşürlər.

Mən nədən bu məsələlərə münasibət bildirmək qərarına gəldim? 1.Məlahət xanımın ailəsini-  atasını, anasını, qardaşlarını, bacılarını yaxından tanıya biriyəm. Bu ailə cəmiyyətə nümünə olası bir ziyalı ailədir.2. Anar Məmmədov şəxsən mənə qarşı da 2018- ci il tarixdə ədalətsizlik edib, barəmdə düzgün olmayan informasiya çap edib. Nəyin müqabilində, 100 manat pulun. Amma ona qarşı qərəzli deyiləm. Fəqət xislətinə həmin informasiyadan bələdəm . 3. İstəyirəm ki, cəmiyyət aldanmasın. 

Başlayaq. Məlahət Qurbanova nədən Anar Məmmədovu məhkəməyə verib? Axı, əzəldən onun belə bir fikri olmayıb? Məsələ oradan başlayıb ki, Anar Məmmədov özünün " "Criminal.az" sayıtının 02.10.2019- cu il tarixli buraxılışının saat 12:29 verilişindəki 189 kodu altındakı yazının manşetində və mətnində, yenə də həmin gün saytın 15: 20 verilişindəki 148 kodu altındakı yazının manşetində və mətnində, yenə də eyni sayıtın 07.12.2019-cu il tarixli buraxılışının saat 11: 00 verilişindəki yazısının manşetində,  yenə də həmin saytın 07.12.2019- cu il tarixli buraxılışının saat 15: 38 verilişindəki yazısının manşetində, həmçinin özünün Feysbuk səhifəsində Məlahət xanımın şərəf və ləyaqətinə xələl gətirən eyni məzmunlu informasiyanı dönə- dönə efirə üfürüb. Xəbər də nə xəbər ola. "Keçmiş nazir ( Füzuli Ələkbərov nəzərdə tutulur - red) Lombard Məlahəti məhkəməyə verdi- torpaqlarımı boşalt". 

Ölkədə bu  boyda problemləri bir yana  qoyub heç bir ictimai əhəmiyyət kəsb etməyən bir xəbəri xəbər şəklindən çıxardaraq dönə- dönə cəmiyyətin qulağına yeritməyin mabədi yəqin ki,  yaxşı hal deyil. Burada bir neçə məqama diqqət yetirək: Göründüyü kimi, Anar Məmmədov nazirin adını şəfqətlə çəkir. Məlahət xanımı aşağılayır. Birinə Lombard Məlahət deyir, amma eyni məntiqlə o birinə keçmiş  BMV nazir demir. Neyə demir?Bilənlər bilir ki, burada gizlədilən  nə xoruz quyruğudur.Həmçinin, söhbət torpaqdan yox, biri nazir olarkən səlahiyyətindən sui- istifadə edərək Məlahət xanımın  şəxsi mülkinin altındakı zirzəmisinin alınmasına etdiyi cəhdin  mübahisəsindən gedir. Bu adi bir məhkəmə çəkişməsidir. Məlahət xanım bütün bunlardan sonra nə addımlar atıb?

Məlahət Qurbanova

O, əvvəlcə Anar Məmmədovu heç də məhkəməyə vermək fikrində olmayıb. Çünki Məlahət xanım 08.10.2019- cu il tarixdə Anar Məmmədovun  ünvanına Pretenziya göndərib ondan 02.10.. 2019- cu il tarixli yazılarında "  Məlahət Qurbanovanın cəmiyyətdə guya " Iombard Məlahət" kimi tanınmasına dair sözdən " Lombard" sözünü çıxarmasını və buna təkzin verməsinə dair bildiriş göndərməsini tələb edib. Anar Məmmədov bunu etməyib, bir az da mənəm- mənəmliyinin üstünə qoyub Məlahət xanımın üstünə gedib. Bundan sonra Məlahət xanım məcburən həm mülki, həm də xüsüsi ittiham qaydasında məhkəmələrə müraciət edib. Məkkəmə prosesləri zamanın Anar Məmmədov yenidən ocağın üstünə su tökmək əvəzinə benzin əndərib, yəni əlində olan mətbuatın imkanlarından sui- istifadə edərək təzədən Məlahət xanımın şərəf və ləyaqətinə Donkixotvari hucumlar edib.

Onu "Moşu"nun qızı", "lombard Məlahət" kimi aşağılayıb özünü haqlı tərəf kimi göstərməyə çalışıb. Yeri gəlmişkən, bilənlər bilir, bilməyənlər üçün deyim ki, Məlahət xanımın atası Moşu müəllim Qazax mahalının ən sayılıb seçilən ziyalılarında biri olub. Uzun müddət rəhbər vəzifələrdə çalışıb. Azərbaycanın bir çox şairləri, yazıçıları ( Vaqif Nəsib Sarıhüseyin oğlu, Rafiq Zəka Xəndan, Kələntər Kələntərli, Vəli Xramçaylı, bəndəniz və.s) bu kişinin evində qonaq olublar. onun haqqında yazılar yazıblar. Hətda o dövrlərdə Qazax mahalının rəhbər vəzifədə olan şəxslərini tənqid edən bir şairi məşhur şerinin bir misrasında "Qara Moşu bir dəryadır bulanmaz" yazıb onun böyüklüyünə, təmizliyinə işarə vurub.

Ustad yazıçımız  Vaqif Nəsib Sarıhüseynoğlu "Qazağın ağ üzlü Qara Moşusu" yazısında o kişinin dəyərini verib. Sonradan Moşu dayının  xeyirxah əməllərini rəhmətlik oğlu Şabəddin müəllim,  digər oğlu Məhəmməd müəllim, qızı Məlahət xanım ləyaqətlə davam etdirib. Məlahət xanım Türk dünyasında sayılıb seçilən bir xanımdır. Həmçinin, Respublikamızda çox spektrli biznesini yaradan xanımların ən öngülüdür. Nə isə...

Qayıdaq əsas məsələyə. Məlahət xanımın iddiası əsasında Ağdam Rayon Məhkəməsi 16.06.2020- ci il tarixli,  2( 013)-200/ 2020  saylı qətnaməsilə onun iddiasını qismən təmin edərək cavabdehin üzərinə həm yuxarıda qeyd etdiyim yerlərdə təkzib verməsini, həm də vurduğu mənəvi zərərin əvəzinə 200 manat iddiaçıya ödəmsi barədə qətnamə qət etmişdir.

Anar Məmmədov

Anar Məmmədov bu iddiadan Apelyasiya şikayəti verib. Apelyasiya Məhkəməsi demək olar ki, həmin qətnaməni olduğu kimi qüvvədə saxlayıb. Maddi və prosessual hüquqa istinad məsələsinə bir balaca korrektə edib. Beləliklə, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-604/ 2021 saylı, 04 iyun 2021 saylı qətnaməsində qət edilib. Cavabdeh Məmmədov Anar Şahin oğlunun " Criminal.az" sayıtının 02.10.2019- cu il tarixli buraxılışının saat 12: 29 verilişindəki 189 kodu altındakı yazının manşetində və mətnində, yenə də həmin gün həmin saytın 15: 20 verilişindəki 148 kodu altındakı  yazının manşetində və mətnində, həmçinin " Criminal.az" saytına istinadla Anar Mammadov adlı fasebook hesabında 08.11.2019- cu il tarixdə, saat 11: 02- də və 03.12. 2019 - cu il tarixdə , saat 15: 38- də paylaşdığı statuslarda Qurbanova Məlahət Moşu qızının "Lombard Məlahət " kimi tanınması barədə yaydığı ifadələr onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən yalan məlumat hesab edilsin. Cavabdeh Məmmədov Anar Şahin oğlunun üzərinə " Cirminal. az" sayıtında və özünə məxsus " Lombard Məlahət"  kimi tanınması barədə məlumat həqiqətə uyğun deyildir və həmin məlumatı təkzib edirəm" formasında təkzib etmə vəzifəsi qoyulsun. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulmuş  mənəvi zərərə görə cavabdeh Məmmədov Anar Şahin oğlundan 200 manat məbləğində və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğində hissəsi, cəmi 220 manat alınaraq uddiaçı Qurbanova Məlahət Moşu qızına verilsin. Məsələ tam aydındır. Qətnamə qüvvəyə minib icra icraatına yönəldilib. Xüsusi itiham qaydasında olan iş Gəncə Apelyasiya Məhkəməsindədir. Bütün bunlardan sonra Anar Məmmədov yenə də mətbuatda, özünün feyisbuk səhifəsində Məlahət xanımın şərəf və ləyaqətini aşağılamağa cəhd edən informasiyalar yaymaqda davam edir və məsələnin əsl mahiyyətindən  bixəbər olan jurnalistlərdən, feyisbuk istifadəçilərindən özünə tərəfdar toplamağa çalışır.

Göründüyü kimi,  Anar Məmmədov özü qazdığı qüyuya özü düşüb. Bu məsələnin çox pis tərəfidir. Amma məsələnin pis tərəfindən də pis tərəfi odur ki, o quyudan çıxmağa çəhd etmir, yalnış addımlarla o quyunu bir az da dərinləşdirir.

Müəllif: Mübariz Məsimoğlu

AZERBAYCANREALLIĞI.COM

"Azərbaycan Reallığı" adı çekilən Anar Məmmədov mövqeyin tanıyır 

Bizimlə əlaqə saxlayın