Narkomanlığa qarşı yoxsa, narkotacirlərə dəstək? - ARAŞDIRMA

15, 09, 21
16:01

Narkomanlığa qarşı yoxsa, narkotacirlərə dəstək? - ARAŞDIRMA


Son dönəmlərdə ölkədə narkotikaya qarşı amansız mübarizə demək olar ki, danılmazdır. Bu istqamətdə əsas iş də Azərbaycan polisinin üzərinə düşür. 44 günlük vətən müharibəsi zamanı ölkəmizin möthəşəm qələbəsini gözü götürməyən qüvvələr Azərbaycana qarşı növbəti müharibə elan etdilər. Bu dəfə silah, top, tüfəng yox ağ ölüm müharibəsi, yəni dünyanı cənginə alan narkotik. Bunun da öhdəsindən Azərbaycan hüquq-mühafizə orqanları peşəkarcasına  gəlməyi bacardı. Amma çox təsüflər olsun ki, bu işdə peşəkar səviyyəsi qat-qat aşağı olanlar özlərini jurnalist-bloger kimi təqdim etdi. Narkotika ilə bağlı hazırladıqları video-çarxlar ortada ürək bulandırmağdan başqa bir iş olmadı. Hazırladıqları video-reportajlarda polisə və hüquq-mühafizə orqanlarına kömək etdiklərin bildirsələr də işin altında hansısa sifariş və qüvvələrin dayandığı açıq-aşkar bəlli olur.

 Bunlardan biri də özünü PostNews.Az xəbər saytının baş redaktor müavini kimi təqdim edən Cəmil Quliyevdir. 

Cəmil Quliyev özünün instagram hesabında narkotikaya qarşı qeyri-peşəkarcasına video reportaj hazırlayaraq öz düşüncəsində online narkotik satanları ifşa etdiyini izləyicilərinin nəzərinə çatdırır. Sözügedən video-rolikdə şəxsin 70 manata online narkotik aldığı, ona hesab kartı göndərən narkotacirin hesabına millon, e-manatdan şəxsin ad və soyadını izləyicilərə müəmmalı şəkildə göstərmir. Hələ bu azmış kimi pulu hesaba ödədikdən sonra da narkotacirin buna göndərdiyi "konum" ünvanını polisə vermir ki, filan ünvana narkotik qoyublar, götürməyə gedirəm.

Qəhrəman kimi gündəmə düşmək istəyən yoldaş Quliyev narkotacirlərin ünvana qoyduğu narkotiki gedib rahatca götürüb, narkotikanın adını sanki istifadəçilərdən daha yaxşı izah edir, həmçinin aldığı narkotikanın da hər zaman miqdardan aşağa olması və.s kimi sözləri böyük şübhələrə səbəb olur.  

Bu yazını yazmağda məqsədimiz hüquq-mühafizə orqanlarını bu cür video çarxlar hazırlayıb onların işlərinə mane olan, ürək bulandıran jurnalist və bloggerlər barəsində daha həssas tədbirlər görülməsinə diqqət cəkməyimizdir. Çünki bu şəxslərin fəaliyyəti narkotikə qarşı mübarizə yox daha çox narkotacirlərin və narkamanıyanın yayılmasına köməklikdən başqa bir şey deyil. Ümidvarıq lazımı tədbir görüləcək.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın