"Bazarstore"-da köhnə məhsullar satılır - FOTOLAR

26, 08, 21
15:00

"Bazarstore"-da köhnə məhsullar satılır - FOTOLAR


"Qida Təhlükəsizliyi Agentliyi hara baxır görəsən?.. Bunlar camaatı rəsmən zəhərləmək istəyirlər..." Bu barədə qeydlər Bakıda, "Binə" Ticarət Mərkəzinin yaxınlığındakı "A-Terminal"-da yerləşən "Bazarstore"-dan aldığı məhsulların vaxtının keçməsindən giley edən vətəndaş məlumat verib
AQTA HARA BAXIR?: "Bazarstore"-da köhnə məhsullar satılır...
AQTA HARA BAXIR?: "Bazarstore"-da köhnə məhsullar satılır...
Redaksiyamıza adlığı vaxtı ötmüş məhsulların fotolarını yollayan narazı vətəndaş bildirir ki, "A-Terminal"-da yerləşən "Bazarstore"-da ümumiyyətlə, nəzarətsizlik var: "Burada dükanın içindən əksər hallarda pis qoxu gəlir. Sanki "Bazarstore"-un şəhərin içindəki dükanlarında satışa çıxarılan və sonradan vaxtı keçən məhsulları bu filiala satmağa gətirirlər. Qiymətlər şəhərin içindəki filiallardan nisbətən ucuzdur. Yəqin elə buna görə imiş.

AQTA hara baxır görəsən? Belə özbaşınalıq olar? Bu adamlar insanların həyatını nə bilirlər? Birdən diqqət etməyib, aldığımız kolbasanı və şoru yesəydik, onda ortaya çıxacaq fəsadlara görə KİM CAVAB VERƏCƏKDİ?"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... (DİA.AZ)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın