Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

04, 08, 21
23:00

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub


Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azerbaycanrealligi.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın