Qazimiz dəfn olundu - FOTO

25, 06, 21
20:00

Qazimiz dəfn olundu - FOTO


Vətən müharibəsi qazisi Ruslan Kazımov dəfn olunub.

Mərhum doğulduğu Ağstafa rayon Kolxəlifə kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Kazımov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş kimi xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. R.Kazımov döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib. Qazi ötən gün vəfat edib. (Report)

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib.

Vətən müharibəsi qazisi, kiçik çavuş Ruslan Mustafa oğlu Kazımov iyunun 24-də evində vəfat edib.

R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir.

Mərasimdə qazinin yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra R.Kazımov bu gün Ağstafa rayonunun Kolxəlifəli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, R.Kazımov 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib.

Allah rəhmət eləsin!

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın