“Yaralı azərbaycanlılardan birinin gözünü çıxarmışdılar”

Cəmiyyət / Manşet
 24-06-2021, 18:00     516


Əsir düşən Azərbaycan vətəndaşlarına işgəncə verən ermənilərin Bakıda keçirilən məhkəməsində tükürpədən ifadələr


Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlər törətməkdə ittiham olunan erməni yaraqlıları, Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Lüdvik Mkrtıçoviç Mkrtıçyan və 1967-ci il təvəllüdlü Alyoşa Aramaisoviç Xosrovyanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan ötən proses zərərçəkənlər ifadələri ilə  davam etdirilib.
“Ermənistan vətəndaşlığını qəbul edəcəksən, azərbaycanlılara qarşı döyüşəcəksən”

İş üzrə zərərçəkmiş Elşən İslamov bildirib ki, Gədəbəy rayonunda postda olarkən əsir götürülüb: “1999-cu ildə İrəvanda təcridxanada idim, məni gəlib apardılar. Bir otağa saldılar, orada Lüdvik Mkrtıçyan gəldi, mənimlə söhbət elədi. Dedi ki, ad, soyadını dəyişib Ermənistanda qalacaqsan, ailə quracaqsan, Ermənistan vətəndaşlığını qəbul edəcəksən, azərbaycanlılara qarşı döyüşəcəksən. Bildirdi ki, Ermənistanda mənim üçün hər cür şərait yaradılacaq. Razı olmadım. Buna görə də Mkrtıçyan mənə amansız işgəncə verdi. Sonra məni Şuşa türməsinə güllələnməyə apardılar. Rəssam idim, erməni zabitinin şəklini çəkmək üçün bir vərəq gətirdilər. Mən də çəkdim. Sonra kəmərlə döyməyə başladılar”.
Mkrtiçyan mənə elə işgəncələr verib ki, hələ də unuda bilmirəm - Keçmiş əsir
“Əsgərlər məni yerə uzadıb əllərimi bağladı, üstümə benzin tökdülər”

Zərərçəkmiş qeyd edib ki, ermənilər onu diri-diri yandırmaq istəyiblər: “Qış idi, məni əsgərlərinə təhvil verdilər. Əsgərlər məni yerə uzadıb əllərimi bağladı, üstümə benzin tökdülər. Onlar benzin qabını da başımın altına qoydular. Hazırlaşırdılar ki, yandırsınlar. Bu zaman xəbər gəldi ki, məni yandırmasınlar, harasa aparırlar. Yenidən döyməyə başladılar. Döyə-döyə kəndə gətirdilər. Maşından düşəndə başımdan vurdular və özümdən getdim. Ayılanda Şuşa türməsində olduğumu gördüm. Orada çoxlu yaralı azərbaycanlılar var idi. Birinin gözünü çıxarmışdılar. Dedilər ki, 1992-ci ildə əsir düşənik. Betonun üstünə su tökürdülər, biz orada yatırdıq. Tualetə gedib-qayıtmaq üçün 3 dəqiqə vaxt vermişdilər. Tualetə qaça-qaça gedəndə 4 dəqiqəyə çatırdıq. Artıq qayıdanda 7 dəqiqə olurdu və məni amansızcasına döyürdülər.

“İstəyirdilər ki, bizim postdakılar da atəş açsın və bizi vursunlar”

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gələndə gördü ki, bizim yatmağa pastelimiz yoxdu. Tapşırıq verildi ki, bizə yatmağa yorğan-döşək versinlər. Komitə nümayəndəsi gedəndən sonra yorğan-döşəyi aldılar. Sonra məni iki nəfər maşına mindirib bir dağa apardı. Orada düşürdülər ki, “dayan, güllələyirik”. Sevindim ki, canım qurtarır. “Geriyə dön” dedilər. Dönəndə bizim postumuzu gördüm. Məni saxladılar, başladılar bizimkilərə tərəf atəş açmağa. İstəyirdilər ki, bizim postdakılar da atəş açsın və bizi vursunlar. Amma bizimkilər məni vurmadılar".
Azərbaycanlı əsirlərə işgəncə verən erməni cinayətkarlarının prosesində  yeni faktlar üzə çıxdı – FOTO – TIME
“Alyoşa Xosrovyan ittiham üzrə özünü qismən təqsirli bilib”

Bundan sonra prosesdə təqsirləndirilən Alyoşa Xosrovyan sərbəst ifadə verib.

O, 2020-ci ildə Cəbrayılda tutulduğunu, Qarabağ ərazisinə icazəsiz keçdiyini bildirdi.

Alyoşa Xosrovyan qeyd etdi ki, Azərbaycan dilində bəzi sözləri bilir. Onun sözlərinə görə, Qafanda azərbaycanlılarla qonşu olub. Bildirib ki, həmin qonşuları sonradan Azərbaycana köçüblər. Alyoşa Xosrovyanın sözlərinə görə, 1986-cı ildə sovet ordusunda xidmət edib. O, iki dəfə Azərbaycan ərazisinə qanunsuz keçib.

Alyoşa Xosrovyan ittiham üzrə özümü qismən təqsirli bilib.

“Mən Mkrtıçyana dedim ki, biz nə vaxtsa rastlaşarıq, cavabını verərəm”

Zərərçəkmiş Elman Hacıyev deyib ki, 1992-ci ildə könüllü olaraq müharibəyə yollanıb və 1993-cü il sentyabrın 26-da mühasirəyə düşərək əsir alınıb: “Əsir düşəndən sonra məni o qədər döydülər ki, özümdən getdim. Ayılanda əllərim bağlı, boynum zəncirli idi.  Ağdərədə olduğumu gördüm. İki gün mənə kələm turşusu yedizdirdilər. Boynumdakı zənciri açmadılar ki, qaçaram. Məni buradan Şuşa həbsxanasına, iki ay sonra isə Xocavəndə apardılar. Bizi Xocavənddə tikintidə işlədirdilər. Lüdvik Mkrtıçyanı orada tanımışam. Orada ferma var idi, gecə ora heyvanlar üçün yem gəldi. Başladıq onu boşaltmağa. Mkrtıçyan bir neçə adamla sərxoş vəziyyətdə əllərində avtomat bizi döyməyə başladılar. Mən Mkrtıçyana dedim ki, biz nə vaxtsa rastlaşarıq, cavabını verərəm. Bu söz onun xoşuna gəlmədi, məni avtomatın qundağı və armaturla döyməyə başladı. Burnumu sındırdılar və atdılar palçığın içinə. Gözlərim döyülməkdən, palçıqdan tutulmuşdu. Sonra məni yenə ”UAZ"a mindirib Şuşa həbsxanasına apardılar".

“6 nəfərə bir çörək verirdilər, başqa heç nə vermirdilər”

Elman Hacıyevin sözlərinə görə, əsirlikdə olduğu müddətdə onu separatçı rejimin ovaxtkı “müdafiə naziri” Samvel Babayanın qardaşının evinin tikintisində fəhlə işlədiblər: “Füzuli və Ağdam rayonundan evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. Oranı söküb gətirən də azərbaycanlı əsir olub. Xocavənddə 2 donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Hamısı Samvel Babayanın qardaşının idi. Erməni ustalar qışqırırdı ki, palçıq gecikir, Mkrtıçyan da hər dəfə gəlib məni avtomatla döyüb işgəncə verirdi. Gün ərzində 6 nəfərə bir çörək verirdilər, başqa heç nə vermirdilər”.

Zərərçəkmiş bildirib ki, onları Xankəndinə aparıblar, orada Karol Bayana ev tikintisində işlədiblər: “Onun evinin yanında Samvel Babayan üçün də 4 mərtəbəli villa tikdilər, biz də onlara fəhləlik edirdik. Ermənilər bizim qəbiristanlıqdan qara mərmərləri çıxarıb aparırdılar öz qəbiristanlıqlarında abidə düzəltdirirdilər. Qırmızı mərmərləri isə Samvel Babayanın villasının pilləkəninə istifadə etdilər”.
Azərbaycanlı əsirlərə işgəncə verən erməni cinayətkarlarının məhkəməsində  ittiham aktı elan olundu: Gözlərini kor edib, suda boğub... (YENİLƏNİB)
Elman Hacıyev bildirib ki, Şuşa həbsxanasında Lüdvik, Artur, Karen və digərləri ona işgəncə veriblər: “Bizi Mkrtıçyan bir-bir ”toka" verirdi. O, məni “toka” verdi, sonra süpürgənin arxasına keçirilən taxta ilə vurub burnumu yenidən sındırdı. Mkrtıçyan deyirdi ki, “bilməzsən, qaçmaq fikrinə düşərsən, onda səni işgəncələrlə öldürərəm. O vaxt verilən işgəncələrdən indi də əziyyət çəkirəm. Dizlərimdə xəsarətlər qalır, böyrəklərimdəki ağrılara görə hər il müalicə alıram. Şuşa türməsinə Beynəlxalq Qırmızı Xaç Komitəsi baş çəkməyə gələndə bizə əvvəldən tapşırdılar ki, erməniləri və saxlanma şəraitini tərifləyək, əks halda, axşam işgəncə verəcəklər. Biz də qorxumuzdan şikayət etmirdik”.

“Bizi ayağımızdan və başımızdan zəncirlədilər”

Digər zərərçəkmiş Yaşar Abduləliyev bildirib ki, əsirlikdə olan zaman ermənilər tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb: “Eyvaz, Seymur və mən əsir düşmüşdük. Ermənistan MTN-in nümayəndəsi gəlib bizimlə söhbət etməyə başladı. Çox işgəncə verdilər. Sonra dedilər ki, Seymura işgəncə veriləndə o, müqavimət göstərib, ermənilər də onun üstünə benzin töküb yandırıblar. Bizi ayağımızdan və başımızdan zəncirlədilər. Seymurun yanmış meyitini mənə göstərdilər. Sonra məni uzun müddət gizlətdilər. Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdur. Üç aydan sonra məni Şuşa türməsinə gətirdilər. Orada o qədər işgəncə verdilər ki, ölümcül vəziyyətə düşdüm. Xankəndi uşaq xəstəxanasına aparıb müalicə elədilər, yenidən Şuşa türməsinə qaytardılar”.

Zərərçəkmiş bildirib ki, Mkrtıçyan, Qəhrəmanyan, Petrosyan onu dəfələrlə döyüb: “Mkrtıçyan ağzıma rezin bağladı, ağac parçası ilə vurdu və kəlbətinlə dartıb dişimi çıxardı. Azərbaycanlı əsirləri Mkrtıçyan Şuşa türməsində bir-bir divara düzürdü, tikanlı odun parçası ilə kürəyimizə zərbələr endirdi. Mkrtıçyan Suqovuşanda, Şuşa türməsində azərbaycanlı əsirlərə işgəncə vermə üsulu ilə xüsusi seçilirdi. Ona görə də bu şəxsə ermənilər xüsusi hörmət edirdi. Orada bir Bakı ermənisi mənə dedi ki, Mkrtıçyan Xocalı faciəsinin ”qəhrəmanı"dır. Mkrtıçyan bizimlə həmişə Azərbaycan dilində danışırdı. Orada Bakı və Qarabağ erməniləri Azərbaycan dilində sərbəst danışırdı. Bizi isə vadar edirdilər ki, erməni dilində danışaq".

“Ermənilər hamısı Azərbaycan dilində danışırdılar”

Zərərçəkmiş Qərib Vəliyev isə bildirib ki, onlara işgəncə verən ermənilərin hamısı Azərbaycan dilində danışıb: “Qarabağda yaşayan və azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin hamısı Azərbaycan dilində danışırdılar. Onlar İrəvanda uşaqlarına da Azərbaycan dili kursları keçirdilər. Bir gündə Ağdamdan 35 ”KamAZ" mişar daşı sökdürüb bizə daşıtdırdılar".
MƏNİ DİRİ-DİRİ YANDIRMAQ İSTƏYİRDİLƏR..."- » Globall.az ictimai-siyasi  onlayn qəzet
“Mkrtıçyan və Xosrovyanı mən Şuşa həbsxanasında tanımışam”

Digər zərərçəkmiş Kamil Babayev isə deyib ki, 1994-cü ildə hərbi xidmətdə olarkən çovğuna düşüb və erməni hərbçiləri tərəfindən aldadılaraq əsir götürülüb: “Fevral ayının 14-də dağda olarkən çovğun başladı, izi və digər əsgərləri itirdik. Düşdük aşağıda kəndə. Kənddə gizləndik, gördük ki, aşağıdan 3-4 nəfər gəlir. Həmin şəxslər bizi gördülər, dedilər ki, qorxmayın gəlin, Daşkəsən uşaqlarıyıq. Biz də çıxaraq onlara qoşulduq. Bir az gedəndən sonra bizim yükümüzü və silahımızı aldılar ki, guya bizə kömək edirlər. Silahımızı verəndən sonra bizi arxadan vurdular, özümüzdən getdik. Ayılanda gördük ki, əllərimiz bağlıdır. Bizi Kəlbəcərdə bir sıldırım yerə apardılar. Mənim ayağımı o biri əsir yoldaşımın ayağına bağladılar ki, qaça bilməyək. Kəlbəcərə çatanda erməni hərbçilər bizim üstümüzə hücum edib döyməyə başladılar. Bizi əsir götürənlər onların qarşısını kəsdi və bizi hərbi hissəyə gətirib bir dəmir qapılı yerə saldılar. Sonra məni Şuşa həbsxanasına gətirdilər. Mkrtıçyan orada mənim titan dişlərimi kəlbətinlə dartıb çıxarmaq istədi, alınmadı, dişimi qırdı. Hər gecə bizi ac-susuz 3-4 dəfə döyürdülər. Əsir düşəndən 3 ay sonra mənə çimməyə soyuq su verdilər. Məni döyüb burnumu sındırdılar. Mkrtıçyan və Xosrovyanı mən Şuşa həbsxanasında tanımışam. Məni ikisi də təpik, yumruq və armaturla döyürdülər. Məni gətirirdilər Xankəndidə ev tikintisinə fəhləlik eləməyə. Bizi işlədib axşam aparırdılar həbsxanaya, çatan kimi Mkrtıçyan və Xosrovyana təhvil verirdilər. Onlar da çatan kimi döyürdülər. Hələ də əsəb xəstəliyindən əziyyət çəkirəm”

“Gördüm orada Pənaha həm Mkrtıçyan, həm də Xosrovyan işgəncə verir”

Başqa bir zərərçəkmiş Cahid Həsənov bildirib ki, Xankəndi xəstəxanasında olanda Xosrovyan Pənah İsgəndərov adlı əsiri çarpayıya bağlayaraq döyüb. Onun sözlərinə görə, 1994-cü ilin aprel ayında onu Şuşa türməsində aparıblar: “Gördüm orada Pənaha həm Mkrtıçyan, həm də Xosrovyan işgəncə verir. Mkrtıçyanın boks əlcəkləri var idi, yeyib-içib bizim üstümüzdə məşq edirdi. Rusiyadan bir nəfər var idi, Azərbaycan tərəfindən döyüşlərdə ermənilərə əsir düşmüşdü. Ermənilər onu güllələyib öldürdülər”.

Proses iyunun 30-da təqsirləndirilən şəxslərin ifadəsi ilə davam etdiriləcək.

Azerbaycanrealligi.com