Sosial şəbəkələrdə yeni şantajçı qrup peyda olub!

21, 06, 21
21:57

Sosial şəbəkələrdə yeni şantajçı qrup peyda olub!


Bir neçə gündür ölkədə yeni şantajçı qrup peyda olub. Belə vocdansız işbazlar əsasəndə "facebook" sosial şəbəkəsində fəallaşiblar. Belə ki, son bir neçə gün ərzində facebookda Pinar Paşaoğlu Paşaoğlu niki ilə qeydiyyatdan keçən istfadəçı, fəallığ göstərir. Bu istfadəçi sosial şəbəkədə və cəmiyyətdə tanınmış şəxslərə dostluq göndərərək onlarla video görüntülü danışmaq təklif edir. Daha sonra insanların hissiyyatı ilə oynayaraq, onları intim danşığa cəlb edir. Belə danışıqları isə video lentə alır. Sözü gedən video və fotoları xususi proqramla montaj edib, qurbanından 5000-6000 ABŞ dolları tələb edir.

Tora düşmüş qurban məbləğı verməyəndə, montaj olunmuş video və fotoları "sənin dostlarına göndərəcəm" deyərək şantaj edir. Analoji hal Azərbaycan baş bayrağdarı Elman Turkoğlu, ictmai fəal Vusal Həsənov, Qabil Əliyev və Azərbaycan Reallığı saytının baş redaktoru Dəyanət Babayevin başına gəlib. Hal-hazırda məsələ ilə bağlı hüquq-muhafizə orqanlarına muraciət olunub, araşdırmalar aparılır.

Sosial şəbəkə istifadəçilərini, o cümlədən tanınmış simaları, bu cür şantajçlardan ehtiyatlı olmağa çağrırıq...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın