Məşhur kosmetoloqun sirrli sevgi hekayəsi: haqqında yazılanların pərdə arxası – FOTOSESSİYA

08, 06, 18
17:52

Məşhur kosmetoloqun sirrli sevgi hekayəsi: haqqında yazılanların pərdə arxası – FOTOSESSİYA


Kosmetoloq Elnarə Rzayeva nakam sevginin qurbanı olduğunu deyir
İşində etdiyi qüsurlara görə son dövrlər gündəmə gələn kosmetoloq Elnarə Rzayeva haqqında yazılan xəbərlərə özünəməxsus şəkildə şərh verib.
Azerbaycanrealligi.com xəbər verir ki, ötən gün mətbuat konfransı keçirən Elnarə Rzayeva bildirib ki, onun haqqında xəbərlər yazaraq gündəmə gəlməsinə səbəb olan şəxs Criminal.az xəbərlər saytının baş redaktoru Anar Məmmədovdur. Onun sözlərinə görə, Anar məmmədov ona qarşı olan nakam sevgi hissləri bəsləyir. Anar sevgisinin cavabsız qaldığına görə acıqlanıb və rəhbərlik etdiyi mətbu orqanda ona qarşı informasiya hücumlarına başlayıb.
Onun sözlərinə görə, Anar Məmmədov ona bir müddət əvvəl sevgi etirafı edib, amma hissləri qarşılıqsız olub.
Məsələ ilə bağlı Criminal.az saytının baş redaktoru Anar Məmmədov ilə əlaqə saxladıq. O, Luxlife.az saytının əməkdaşının suallarına cavab verərkən Elnarə Rzayevanın ittihamlarının yalan olduğunu deyib.
“Elnarənin qurbanlarını ortaya çıxarandan sonra mənim haqqımda nələr danışmadı… Əvvəl guya ondan nəsə tələb etmişəm, o da rədd etdiyi üçün yazmağa başlamışam. Sonra məni başqalarının sifarişi ilə onun qara piarını aparmaqda ittiham etdi. Daha sonra hərbi xidmətdən yayınmaqda ittiham etdi. Bu gün isə sevgi məsələsi”, – deyə o qeyd edib.
Anar Məmmədov bildirib ki, Elnarə Rzayeanın ona atdığı böhtanların içərisində sonuncu sevgi ittihamı Elnarənin hansı durumda olmağından xəbər verir.
Məni onunla bağlı araşdırmalardan çəkindirmək üçün sevgi məsələsini atıb ortaya.
“Yəqin ki, yaxın günlərdə onunla bağlı növbəti yazılarımdan sonra sevginin detallarını da açıqlayacaq. Səbrsizliklə gözləyəcəm… Özü barəsində yayılan xəbərlərə sevgi donu geyindirmək əslində Elnarə tərəfindən qurulmuş ən uğurlu taktikadır. Yəqin son günlərin məşhur dodaq ‘’ustası’’nın mənim dodağıma əli çatmadığından, ürəyimə əl uzadır…”








Bizimlə əlaqə saxlayın