Vilayət Eyvazovdan yeni TƏYİNAT

02, 06, 21
09:00

Vilayət Eyvazovdan yeni TƏYİNAT


Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı Elxan Əsədov vəzifəsindən azad edilib. 

Nazirin digər əmri ilə o, Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə rəis təyin edilib. (Oxu.az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın