“Ləzzət” MMC-nin baş direktoru: Hacıbəy Zakatalski Ekoloiya və Təbii Sərvətlər Nazirliyi üçün Azərbaycanda dövlət yoxdur?

25, 05, 21
12:00

“Ləzzət” MMC-nin baş direktoru: Hacıbəy Zakatalski Ekoloiya və Təbii Sərvətlər Nazirliyi üçün Azərbaycanda dövlət yoxdur?


Məlumat üçün bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səviyyəsiz və səriştəsiz şöbə müdirlərinin vaxt aşırı Azərbaycan Respublikasının aidiyyatlı ünvanlara yazdığımız şikayət məktublarını alaraq başsız-ağılsız bizə cavab məktubları ünvanlamışlar. İndi mən qərar vermişəm ki, həmin səviyyəsiz cavab məktublarına təkrar cavab verəm. 17 (on yeddi) ildir Ekoloiya və Təbii Sərvətlər Nazirliyindən bir ağıllı və mənalı cavab almamışıq. Bəlkə də Ekoloiya və Təbii Sərvətlər Nazirliyi üçün Azərbaycanda dövlət yoxdur? Ona görə də Azərbaycan Respublika ictimaiyyətinə mənim yazdığım məktubların çatmasına böyük arzum vardır. Ona görə də sizin saytlarda bizə qarşı törədilən haqsızlıqları paylaşmaq istəyirəm.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında, Meşələrin İnkişafı Xidmətinin rəis müavini cənab Mehman Səfərova 09.03.2021-ci il tarixli 01/17 saylı Sizin dediyiniz müraciətimizə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti şöbəsi tərəfindən baxıldığını qeyd etmisiniz. Bildiririk ki, bizim müraciətimizə Zaqatala rayonunda bizim iştirakımız ilə, olduğu kimi baxılmalıdır. Dünya təcrübəsində belədir. Eyni zamanda bildiririk ki, Sizin eyni məzmunlu adlandırdığınız məktubumuz artıq 17 ildir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şərəfsizliyindən bu günə kimi cavabşizdir. Sizin kabinetdən çıxmadan, kreslodan tərpənmədən bizə ünvanladığınız məktub bizə lazım deyil. Sizdən, həm də sizin kreslodan mən çox bilirəm. Bizdən başqa məzmunda məktub almaq istəmirsinizsə xahiş edirəm Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ezamiyyət götürüb, gəlin Zaqatalada yerində olduğu kimi məsələni həll edək. Bizim müəssisərimiz Azərbaycan Respublikasında 34 (otuz dörd) ildir ki, fəaliyyət göstərir və müəssisələrimiz dünya şöhrətlidir. Siz deyən xırda xurmadır, onu da bir-bir yeyirlər. Hörmətlə:

“Ləzzət” MMC-nin baş direktoru: Hacıbəy Zakatalski

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın