Eyni cinsin bir-biri ilə ailə qurması: Belə insanları təkləməməlidir - PİSXOLOQ

09, 05, 21
12:00

Eyni cinsin bir-biri ilə ailə qurması: Belə insanları təkləməməlidir - PİSXOLOQ


Son zamanlar qadınların həmcinsi ilə evlənməsi və yaxud əksinə, oğlanların bir-biri ilə ailə qurması kimi hallara çox tez-tez rast gəlirik. Bəs bu hallara qarşı hansı mexanizm tətbiq olunmalıdır? Azerbaycanrealligi.com xəbər verir ki, Psixoloq Vüsalə Əmiraslanova məsələyə belə izah edir.

Vüsalə Əmiraslanova 

“Ümumiyyətlə, təbiətdə nə əksdirsə, bu hal insanlarda qıcıq yaradır. Məsələn qızla oğlan ailə qurmalıdır. Bu əksinə olduğu halda insanlarda fərqli reaksiyalar baş qaldırır. Burada həm mentalitetin, həm də dini baxımdan olan amillərin böyük rolu var. Lakin, mən hər zaman deyirəm ki, bu insanların öz seçimidir. Əgər biri öz həyatını bu cür yaşamağı seçirsə, bunu ictimailəşdirmək düzgün deyil. Biz qınasaq da, qınamasaq da günümüzdə kifayət qədər belə cütlüklər var. Bu hər kəsin şəxsi həyatıdır və qabartmaq lazım deyil. Əgər özləri bu yolu davam etdirmək isdəməsələr, psixoloqa və yaxud həkimə müraciət edərək problemlərinə çarə tapa bilərlər. Qarşısını almaq mexanizmi dedikdə, sadəcə onu deyə bilərəm ki, insanlar bunu anlayıb qabartmamalı və belə insanları təklənməməlidirlər!

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın