Alimpaşa Məmmədov bu binalara görə milyonlarla pul alıb - FOTOLAR

30, 04, 21
09:23

Alimpaşa Məmmədov bu binalara görə milyonlarla pul alıb - FOTOLAR


Şəmkirin həbs edilən İH başçısı Alimpaşa Məmmədov iş adamı Famil Xəlilova rayondakı parkın bir hissəsini satıbmış.

Azerbaycanrealligi.com
Musavat.com-a istinadən  xəbər verir ki, Alimpaşa Məmmədov rayon ərazisində tikinti işlərini “Park Kolizey” MTK adlı tikinti şirkətinə həvalə edirmiş. Şirkətin rəhbəri də tanınmış iş adamı Famil Xəlilovdur.

Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti monopoliyası yaradıb və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb.

Ancaq xüsusi imtiyaza malik olan “Park Kolizey” MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb.

Belə ki, “20 yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir.

Binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov nə az nə çox bir neçə çoxotaqlı mənzildən keçməli olub. Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyatı şəxslərə rüşvət olaraq verib.

Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Veyis Xəlilov ilkin dindirilmə zamanı bunu etiraf edib. Sözü gedən binanın fotolarını təqdim edirik.

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın