ABŞ-da xərçəngdən müalicə olunan nazirin aprelin 10-a qədər Bakıya dönəcəyi iddia olunur

30, 03, 21
16:00

ABŞ-da xərçəngdən müalicə olunan nazirin aprelin 10-a qədər Bakıya dönəcəyi iddia olunur


Bir neçə aydır sağlıq durumu ilə bağlı ABŞ-dakı klinikaların birində müəllicə alan, daha doğrusu, amansız xərçəng xəstəliyi ilə mücadilə aparan Gənclər və İdman naziri Azad Rəhimovla bağlı vaxtaşırı mediada ziddiyyətli informasiyalar bir-birini əvəz edir. Bəzən səhhətinin kritik olduğu, hətta komada olduğu iddiaları da səsləndiirlir, xərçəngdən sağalaraq işinin başına dönəcəyini də vurğulayanlar var. 

Azad Rəhimovun özü ilə əlaqə saxlaya bilməsək də ailəsinə yaxın şəxslərlə, mütəmadi əlaqə saxladığı dostları ilə təmasdayıq. Əldə etdiyimiz son informasiya isə ondan ibarətdir ki, nazir aprelin 10-adək Bakıya dönəcək. Biz də ümid edirik ki, inşallah gənclər və idman naziri əsl idmançı keyfiyyətləri sərgiləyərək gənclərə xas inqilabçı ruhda xəstəliyə qalib gələrək Azərbaycana dönəcək və ilk müsahibəni də Moderator.az-a verəcək. (Moderator.az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın