Vilayət Eyvazov mayora yeni vəzifə verdi

10, 03, 21
12:00

Vilayət Eyvazov mayora yeni vəzifə verdi


Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Azerbaycanrealligi.com xəbər verir ki,  bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Ruslan Cavadov Balakən rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Quba RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsinə təyinat alıb.  (Unikal.org)

Azerbaycanrealligi.com

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0558288841 (Whatsapp)

Bizimlə əlaqə saxlayın