"Nə qədər çox qadın boşatdırsaq, o qədər feministik” şüarı ilə bayram edənlər və...

08, 03, 21
10:27

"Nə qədər çox qadın boşatdırsaq, o qədər feministik” şüarı ilə bayram edənlər və...


Direktoru kişi olan məktəblərdə 8 mart hədiyyəsi və ..."Çin malı" feminizm...

Bir neçə saat sonra qadınlar üçün “on iki ayın sultanı”nın ən gözəl günü başlanır. Qadınlar bayramı. Az öncə qəsəbədəki mağazaya getdim, kişilər kassada növbəyə dayanmışdılar, gül mağazasının içində isə tam bir qələbəlik idi. Ürəyim dağa döndü. Olsun, yurdumun qadını bu gün ərköyünləşsin, hədiyyə yağışına tutulsun, güllərin qoxusundan, hədiyyələrin gözəlliyindən bihuş olsun. Amma bu, təbii ki, el gözünə, göstərməlik, qonşudan qalma geri prinsipi əsasında edilməsin. Qadınımız sırf vatsap storidə “canım kocişimin hədiyyəsi” yazacaq deyə bu günü ömür-gün yoldaşlarına, sevgililərinə zindan etməsin. Onsuz da ilin digər günləri qadının gününü göy əskiyə büküb, qayğılar zindanına məhkum edib, bir gün gül buketi ilə bu qüsuru təlafi etmək istəyən kişi sadəlövhdür. Çünki bu, əsla mümkün deyil. Amma....
Bakıda qadınların xoş günü kişilərin qara gününə dönür
Mən ildə bir gün feministlərin məhz 8 mart tarixində küçələrə çıxmasını, orda keçirdikləri aksiyalardakı qarışıqlığın şahidiyəm. Bu ölkədə bir çox nəsnələr kimi feminizm də "Çin malı" olduğu müddətcə biz bəzi problemlərin adını qoymaqda çətinlik çəkəcəyik. Əgər kimlərsə qadın boşanmalarındakı say artımını “ohh, bacardıq. Hələ bu harasıdır? "Nə qədər çox qadın boşatsaq, o qədər feministik” şüarı və psixologiyası ilə bayram edəcəyiksə, biz qadın azadlıqlarından danışa bilmərik. Kimlərsə qadın hüquqlarını ancaq və ancaq publarda gecə yarısına qədər pivə içmək çərçivəsində görürsə, eyvahlar olsun bizə. “Yox, mən yolda getdim, mənə söz atdılar, sataşdılar, bu ölkədə qadın azadlığı yoxdur” arqumenti ilə qadın hüquqlarının pozulduğu iddia olunacaqsa, mən buna da güləcəm. Çünki Amerikasından Avropasına, Türkiyəsindən Rusiyasına qədər onlarla ölkədə olmuşam, hamısında, amma istisnasız hamısında küçədə gözəl, cəsur geyimli qadınlara söz atıldığının da, restorana, kafeyə dəvət edildiyinin şahidi olmuşam. Yəni, yanlışdır, olmamalıdır, tərbiyəsizlikdir, amma bu, qadın azadlığının pozulmasıdır və ancaq bizim ölkədə olur, bizdə guya kişilər vəhşidir... deyib qopalan şüvənin də tərəfdarı deyiləm. Çünki əsla belə deyil.

Uşaqlığı, gənc qızlığı ata, qardaş, əmioğlu şiddəti altında keçən bəzi həmcinslərimin qadın hüquq müdafiəçiliyinə keçməsi acı sonluqla nəticələnir. Çünki onlar uşaqlıq travmasını adlatmamış biri olaraq olaylara obyektiv baxa bilmirlər. Bütün güclü cinsin nümayəndələrinə qarşı ikrah, nifrət bəsləyirlər. Özlərindən asılı deyil. Bəzi hallarda içlərində nifrət topu ilə dolaşırlar. Onlardan qadın haqlarını qoruyan çıxmaz, buna əmin olun. Bəli, bu ölkədə öldürülən qadınlar, boşandıqları ərləri tərəfindən döyülən, təzyiqə məruz qalan, qayın, qayınata, qayınana şiddətinə məruz qalan qadınlar var. Məhkəmə işləri var, evdən qaçan gəlinlər var, uşağı əlindən alınan analar var... Kim bunları inkar edir?

Amma bunu zaman-zaman, kampaniya kimi, məsələn, qəfil, heç dəxli olmadığı bir zamanda etiraz aksiyasına çevirəndə anlayırsan ki, bu, başqa hənadır. Kimlərsə qrant alıb, hesabat verməlidir. Ortada foto, video, təpikləşmə, yerdə sürünmə mənzərələri olmalıdır. Səmimi olsaydılar, döyülən qadının yanında olardılar. Gerçəkdən bu işə könül versəydilər, yardıma möhtac qadına iş, sığınacaq ev, həyatını davam etdirmək üçün şərait yaradardılar. O qadınların məhkəmələri keçiriləndə, hakim ədalətsiz qərar verəndə hayqırar, bütün cəmiyyətin də diqqətini ona yönləndirərdilər. Yəni, əməli iş, praktik fəaliyyət. Daha şou yox. Qadın azalığı təksə seks partnyorunu seçmək deyil – bizimkilər feminizmi oxuyub, amma anlamayıblar. Kimə istəsəm, ona.... şüarı daha çox qıcıq yaratmağa hesablanıb, nəinki problemi həll etməyə. Düşünün, bu günə qədər təzyiqə məruz qalan hansı qadın bu seçiminə görə əziyyət çəkib ki? Qadını əyyaş, işsiz, zülmkar əri döyüb, işləməyə qoymayıb, atası evinə ayağını kəsib... Bizim ellərdə qadınlar bir çox hallarda yaşamaq uğrunda mübarizə aparırlar, istədikləri adama... baxmaq uğrunda yox.
8 Marş" yürüşü iştirakçısının intihara cəhdilə bağlı cinayət işi açılıb -  BBC News Azərbaycanca
Hə, bir də bu bayramı ümummilli müəllimələrin valideynləri bezdirmə gününə çevirənlərə də qocaman bir yazıqlar olsun deyək. Sovetlər dönəmində bir kiçik gül dəstəsi, uzaqbaşı kiçik bir suvenirlə məhdudlaşan müəllimləri təbrik etmə artıq “konvertsiz” ötüşmür. Bəli, 30-50 manatdan “atışmaq”, müəlliməyə pul yığmaq. Ötən il pandemiya idi deyə, məktəblər qapanmış, valideynlərin üzünə gün doğmuşdu. Bu il yenə eyni təranə... O gün bir məktub yayılmışdı, nə qədəri yalan, nə qədəri doğru bilmirəm. Amma valideynin göndərdiyi pul hədiyyəsini geri göndərən müəllimə belə bir məktub yazmışdı ki, bəs şəhidlərimiz var, hamımız yasdayıq, pandemiyadır, iş yerlərinin çoxu bağlı. Belə bir çətin şəraitdə mənim sizdən hədiyyə almağım ayıbdır, olmaz. Bərəkallah. Baxın, nəfsinə məğlub olmayıb, “yox” deməyi bacaran, “ayıb” sözünü bilən müəllimələrin əlindən öpüləsidir. Gülləri onların ayağı altına tökmək lazımdır, çiçəklərdən tac onların başına qoyulmalıdır. Yoxsa ki, direktoru kişi olan məktəblərdə 8 mart münasibətilə pul yığılırsa, bilin ki, fəlakətimiz hələ qabaqdadır.
Ey hörmətli müəllim! - Mən onu necə xatırlayıram? | TurpKimi.com
Qadın deyəndə, bayram deyəndə, hələ-hələ “qadınlar bayramı” deyəndə güləsi üzlərə kölgə salan da bizlərik, insanları bu gündən iyrəndirən də... Elə edin ki, qadınların günü qayğıların, baş ağrılarının gününə dönməsin. Yoxsa üzümüz çətin gülə.

Azerbaycanrealligi.com

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0558288841 (Whatsapp)  

Bizimlə əlaqə saxlayın