yuxarı
Xəbərdarlıq edildi: 2050-ci ilə qədər 1 milyard insan...
17, 06, 25
10:30
Xəbərdarlıq edildi: 2050-ci ilə qədər 1 milyard insan...
2050-ci ilə qədər 1 milyard insan quraqlıq səbəbilə köç edə bilər.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə türkiyəli professor Yusuf Demir xəbərdarlıq edib.
Onun sözlərinə görə, su çatışmazlığı və torpaq eroziyası dünya üzrə 165-dən çox ölkəni təhdid edir.
Prosfessor qeyd edib ki, dünyada artıq 2 milyard insan təhlükəsiz içməli suya çıxışdan məhrumdur və 2030-cu ilə qədər 135 milyon, 2050-yə qədər isə təxminən 1 milyard insanın köç etməsi qaçılmaz görünür.
Demir kənd təsərrüfatına dəstəyin artırılmasının və su ehtiyatlarının qorunmasının vacib olduğunu vurğulayıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək