Biyabırçılıq: Minaya düşərək bir ayağını itirmiş 19 yaşlı qaziyə 3 cü qurup əlillik verildi - FOTO

12, 02, 21
22:50

Biyabırçılıq: Minaya düşərək bir ayağını itirmiş 19 yaşlı qaziyə 3 cü qurup əlillik verildi - FOTO


Neftçala rayonundan həqiqi hərbi xidmətə çağrılmış Vətən müharibəsi iştirakçısı, Fuzuli rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı minaya düşərək bir ayağını itirmiş 19 yaşlı qazi Həsənov Murad Teyyub oğluna III qrup əlillik statusu verilib. Halbuki adamn bir ayağı yoxdur. 

Azerbaycanrealligi.com saytına Atası Həsənov Teyyub bildirir ki, bu gün onun oğlu Muradın telefonuna mesaj gəlib, ona 3-cü qrup əlillik statusunun təyin olunduğu bildirilib:

"Oğlum bu xəbəri eşitdi, çox pis oldu. Hirsindən əli ayağı əsir, ölkə başçısına, adiyyatı qurumlara səslənirəm: Bizə yardımçı olun...". 

Bir ayağını itirmiş qaziyə IIIqrup əlillil dərəcəsini verilməsi əsl rəzalətdir və bu addımı atanlar qanun qarşısında cavab verməli, qaziyə qarşı edilən bu haqsızlıq aradan götürülməlidir. 

Qazi Həsənov Muradın əlaqə nömrəsi: 0509845389




Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın