10 noyabr Qarabağ razılaşması-Türkiyənin qazandıqları və İran.



Kamal Əliyev

Bu analizdə rəsmi kremlin vasitəçiliyi ilə Azərbaycan,Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr razılaşmasından sonrakı prediksiyaları göstərməyə çalışıram. Məlumdur ki, Rusiya və Türkiyə hərbçiləri Ağdamda yerləşəcək birgə müşahidə məntəqəsi vasitəsi ilə bölgədəki situasiyaya nəzarət edəcəklər.Lakin 2-ci Qarabağ müharibəsinin nəticələri və bundan sonrakı iqtisadi maraqlar,nəqliyyat dəhlizi və başqa nüansları da nəzərdən qaçırmamalıyıq. Beləki Azərbaycan Zəngəzur vasitəsi ilə həm Naxçıvan Muxtar respublikasına,həm də Türkiyəyə çıxış imkanı əldə etmiş olur.

Ilham Əliyevin də Putinlə görüşdə dediyi kimi Ermənistan da Azərbaycan ərazisindən istifadə etməklə Rusiyaya yükdaşımaları həyata keçirə biləcək.Yəni,Ermənistan bu zsmsns qədər Gürcüstandan istifadə edirdi,indi ikinci alternativ Azərbaycandan olacaq. Diqqət edin,50/50 prinsipi(qazan-qazan) burda da özünü göstərir. Türkiyə isə bu məsələdə udan tərəfdir. Rəsmi Ankara Megri yolundan istifadə etməklə Azərbaycana,ordan da Orta Asiyaya çıxış əldə edir.Göründüyü kimi,Türkiyə bu üstünlüyü əldə etməklə, İranı başa edir. Digər tərəfdən,Türkiyə 5 tərəfli format təklif edir ki,bura Gürcüstanla yanaşı İran da daxildir. Türkiyənin bu nəqliyyat dəhlizi vasitəsi ilə əldə edəcəyi üstünlükləri aşağıdakı kimi qeyd edə bilərik; -Türkiyə bu vaxta qədər Irandan idxal etdiyi təbii qazın 1000 kub metrinə 490$ ödəyirdi.

Indi Megri vasitəsi ilə gələcəkdə çəkiləcək qaz boru xətti bu maliyyəti 335$-a salacaq. -Türkmənistan qazı da bu kəmər vasitəsi ilə Türkiyəyə,oradan da Avropaya ixrac oluna biləcək. -Naxçıvan koridoru 2026-cı ilə Türkiyənin Iranla yeni qaz müqaviləsi istiqamətindəki danışıqlarda əlini gücləndirən faktor olacaq. -Trans-Anadolu Təbii qaz boru xətti də bu koridor vasitəsi ilə Türkiyə üzərindən Avropaya çatdırıla bilər.

Bu da  ildə 32 milyard kub metr qaz deməkdir. Naxçıvan və Azərbaycan arasındakı nəqliyyat dəhlizi 3 milyard əhalisi olan Asiyaya Türkiyə ticarət potensialının açılması deməkdir. Bu zamana qədər,Azərbaycan və Naxçıvan arasında bütün quru yol əlaqələri, yükdaşımalar İran vasitəsi ilə həyata keçirilirdi.Azərbaycanın İran ərazisindən keçməklə Naxçıvana çəkdiyi boru xəttindən İran 15% komissiya haqqı qazanırdı.Türkiyə də Orta Asiyaya yükdaşımaları İran ərazisindən həyata keçirməklə, Irana pul ödəyirdi.

Hər ay 12 min türk tırı hər tıra 800$ ödəməklə Irana xeyli məbləğdə vəsait ödəyirdi.Göründüyü kimi, İran özünün geopolitik maraqlarının Türkiyə tərəfindən təsirə məruz qaldığını görür. Üstəlik,yaxın gələcəkdə 2009-cu ildə Türkiyə-Ermənistan arasında Sürix protokolları yenidən gündəmə gəlir və iki ölkə arasında sərhədlər açılır. Rusiyaya gəldikdə,bu ölkənin Lukoil, Transneft və Gazprom kimi şirkətləri Azərbaycanda fəaliyyət göstərir.Hətts rusların SOCAR-da səhmləri də var. Hətta deyə bilərəm ki,Rusiyanın Rusiyanın qazanclarına diqqət edəndə "geopolitik katastrof"-da görmək olar. Bu, Türkiyənin bölgəyə daxil olmasıdır. Türkmənistan da təbii qazını təkcə Rusiyaya və Çinə deyil, əlavə alternativ olaraq Türkiyə və Avropaya da sata biləcək.

Aerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı

“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı

  • 12 yan, 23:30
“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

  • 12 dek, 19:30
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar