Bu gün 46 yaşı tamam olacaqdı... - Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

02, 01, 21
14:00

Bu gün 46 yaşı tamam olacaqdı... - Milli Qəhrəman Polad Həşimovun doğum günüdür


Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Azerbaycanrealligi.com xəbər verir ki, Azvision.az -ın məlumatına görə, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub.

O, Sumqayıt şəhərində orta məktəbi bitirib. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib.

Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Ona vaxtından əvvəl general rütbəsi verilib.

General-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib.

Şəhid general iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın