Qarabağ “müdafiə naziri”nin avtomobilinin vurulmasının yeni təfərrüatları - Tonoyanın adı hallanır...


Qarabağda tör-töküntüləri hələ də sülənən qondarma separatçı-terrorçu rejimin ordusunun keçmiş komandanı Calal Arutyunyanın avtomobilinin 44 günlük savaş günlərindən birində qalib ordumuz tərəfindən vurulması ilə bağlı yeni məqamlar açıqlanıb.

Azerbaycanrealligi.com Moderator.az-a istnadən xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə,  C.Arutyunyan avtomobili vurulmamışdan öncə işğalçı Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan ilə İordaniyadan gətirilən hava müdafiə sistemlərinin işləməməsi ilə bağlı  kəskin mübahisə edib.  

“Mübahisə zamanı Calal Arutyunyan qeyd edib ki, müharibə bitdikdən sonra susmayacaq və  Qarabağın cənubunun səmasını tamamilə müdafiəsiz edənlərin adını çəkəcək. Üstəlik, partlayışdan bir gün əvvəl keçmiş ordu komandanı dırnaqarası Qarabağ prezidenti Araik Arutyunyana bildirib ki, düşmənin bu istiqamətdə yeni qüvvələr topladığını nəzərə alaraq Şuşada və Daşaltı kəndində ehtiyat  canlı qüvvə və artilleriya toplayaraq istehkamlar qurmağa başlamaq lazımdır. C.Arutyunyanın yaxınları əmindir ki, onun hərəkət marşrutu barədə məlumatların sızdırılması qəsdən açıq rabitə yolu ilə təşkil edilmiş və nəticədə Azərbaycan Silahlı Qüvvələri müdafiə ordusu komandirinin yerini asanlıqla təsbit etmişdir”- Mediaport nəşri belə yazır. 

Xəbərə o da əlavə edilir ki, Rusiya telegram kanalları dünən Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın hərbi vəziyyətə baxmayaraq Vyanaya uçduğunu yazıb. Daha öncə məlumat verilmişdi ki,  Patronu D.Tonoyana Vyanada bir mənzil bağışlayıb. Patronun kim olduğu isə açıqlanmır...

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı

“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı

  • 12 yan, 23:30
“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

  • 12 dek, 19:30
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

  • 17 sen, 16:30
Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO

  • 14 sen, 10:00
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar