yuxarı
Əsgərlərə 180 manat köçürən Hikmət baba... - FOTOLAR
07, 10, 20
11:46
Əsgərlərə 180 manat köçürən Hikmət baba... - FOTOLAR
Azerbaycanrealligi.com xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şəkiyə gedərək Hikmət babanı tapıblar.
O, bildirib ki, pulu balalarımız düşmən əsarətinə düşməsin deyə, Ordumuza dəstək məqsədilə ödəniş edib:
“İndi birinci sinfə gedən balalarımız üçün bu pulu köçürmüşəm. Qoy onlar ermənilərə qul olmasınlar”.
Hikmət baba özü də bu dəqiqə cəbhəyə getməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Hikmət babanın özünün də sosial vəziyyətinin o qədər də yaxşı vəziyyətdə olmaması, köhnə ayaqqabı geyinməsinə baxmayaraq təqaüdündən 180 manat əsgərlərə köçürməsi böyük rəğbətlə qarşılanmışdı.
Nazirlik əməkdaşları isə babanın bütün ehtiyaclarını ödəyəcəklərini bildiriblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək