Mübariz Mənsimovun həbsinə etiraz olaraq Türkiyə səfirliyi qarşısında aksiya təyin olundu

14, 09, 20
12:16

Mübariz Mənsimovun həbsinə etiraz olaraq Türkiyə səfirliyi qarşısında aksiya təyin olundu


Sabah Türkiyədə həbsdə olan, "Palmali Şirkətlər Qrupu"nun prezidenti, xeyriyyəçi iş adamı Mübariz Mənsimovun məhkəməsi başlayır.Onun həbs olunmasına etiraz olaraq, sabah saat 13.00-da Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında  aksiyanın təşkil olunması ilə bağlı sosial şəbəkələrdə çağırışlar olub.


Aksiya ilə bağlı Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən olan Elman Türkoğlu ilə əlaqə saxladıq.O, aksiyanın keçirilmə xəbərini təsdiqlədi və aksiyanın təşkilatçısı olduğunu bildirdi.


Aksiyanın məqsədi Mübariz Mənsimovun həbs olunmasına etiraz etmək, sabah başlayacaq məhkəmədən ədalət tələb etməkdir.Ümidvarıq ki, Türkiyə məhkəməsi sifarişli qərarı icra etməyəcək, Mübariz bəyi tez bir zamanda azadlıqda görəcəyik- deyə Elman Türkoğlu bildirib.


Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın