Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən generallar cərimələnəcək?

23, 08, 20
18:00

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən generallar cərimələnəcək?


Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha iki məşhur şəxsin adı məlum olub. 

Azerbaycanrealligi.com-un əldə etdiyi məlumata görə, ölkənin keçmiş baş prokuroru general-polkovnik Zakir Qaralov və Fövqəladə Hallar nazirinin müavini , general-mayor Teymur Mehdiyev də məlum toyda iştirak edib. Onlar Ramiz Mehdiyevin nəvəsinin toyunda iştiraklarına görə sosial şəbəkədə qınaqla üzləşiblər. Belə ki, sosial şəbəkə fəalları hüquq-mühafizə orqanlarından onların da cərimələnməsi, ya da həbs olunması bağlı tələblərlə paylaşımlar ediblər.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın