sitename

Azərbaycanda generalın bibisi qızı cəsusluq edirmiş: DTX-nin həbs etdiyi Lamiyə kimdir?


Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində həbs edilən Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının hansı məmurla qohum olduqları üzə çıxıb.

Azerbaycanrealligi.com xəbər verir ki, casusluq formasında dövlətə xəyanət etməsi ittihamı ilə tutulan L.Abbasquliyevanın Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-mayor İsmayıl Hüseynovun bibisi qızı olduğu aydınlaşıb.

Bu barədə məlumat yayan cumhuriyyet.net saytıdır. Dayısı oğlu general olan L.Abbasquliyeva ilə onların münasibətlərinin hansı səviyyədə olduğu məlum deyil.

İ.Hüseynov 14 il ərzində, yəni 2004-2018-ci illərdə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisnin müavini və İdarənin rəisi vəzifələrində çalışıb. Ötən ilin may ayının 29-da Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub, 26 gün sonra, yəni 25 iyun 2018-ci ildə isə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
vəzifəsinə təyin edilib.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 743
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 580
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 296
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 175
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar