DTX xüsusi əməliyyatları davam etdirəcək - Hədəfdə yüksək vəzifəli şəxslərdir

13, 06, 20
18:29

DTX xüsusi əməliyyatları davam etdirəcək - Hədəfdə yüksək vəzifəli şəxslərdir


Korrupsioner məmurların həbsinin səngiməsi “islahat dalğası”nın sona çatması kimi xarkterizə olunur. 

Azerbaycanrealligi.com xəbər verir ki, artıq bu barədə sosial şəbəkələrdə müzakirələr başlanıb. Doğudur, həbslərin səngiməsini hakimiyyəti artıq Azərbaycan üçün kifayət qədər ciddi təhlükəyə çevrilən koronavirus infeksiyasının məşğul etməsilə izah edənlər də var. Lakin əksəriyyət hesab edir ki, iqtidarın islahat kampaniyası sadəcə bura qədərdir. 

Bu qənaətdə olanların fikrincə, hakimiyyət islahatlar çərçivəsində məmur həbslərini davam etdirərsə, iqtidar daxilində mərkəzdənqaçma meyllərini güclənə bilər. Bu isə indiki həssas dönəmdə iqtidar üçün acı nəticələr doğurar. Bu ehtimalları bölüşməyənlər də var. Bəzi ekspertlərin fikrincə, məmur həbsi davam edəcək. Onlar Prezident İlham Əliyevin çıxışlarına istinad edərək bu cür düşünürlər.

Digər tərəfdən, hesab edilir ki, bu günə qədər ki, həbslər cəmiyyətdə gərginliyi müəyyən qədər azaltsa da, bu, müvəqqətidir. Hələ də korrupsiya və digər qanunsuzluqlarla məşğul olan məmurlar var. “Yasamal olayları”nı da bunun üzərinə gəlsək, cəmiyyətin heç də sabit olmadığını görərik. İqtidar da bunun fərqindədir və güman ki, koronavirus infeksiyasını lokallaşdırdıqdan sonra cəmiyyət yenidən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatlarının şahidi ola bilər. Bu dəfə daha yüksək vəzifəli şəxslərin həbs olunacağı da istisna deyil. 

Hüquqşünas Aslan İsmayılov bu barədə maraqlı açıqlamalar verib. Hüuquşünas bildirib ki, Azərbaycan kimi ölkədə yüksək səviyyədə kadr dəyişikliyi çox riskli və təhlükəlidir. Bununla belə, o, bəzi nazirlərin həbs olunacağını istisna etməyib: “Azərbaycanda 5 icra başçısı, iki nazir müavini həbs olunub. Yəqin ki, nazirlərin də həbsi gözlənilir. Növbədə olanlar var.

Bu insanlar sakit durmayacaqlar. Ölkədə qudurmuş oliqarx məmurlar var, bilirlər ki, növbə onlara da çatacaq, ona görə də prosesin qarşısını almaq istəyirlər. İstənilən dağıdıcı, xaosa aparacaq hərəkətə dəstək verə bilərlər ki, salamat qalsınlar. İkincisi, bizdə “müxalifət” anlayışı nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək deməkdir.

Dövlətçilik, ərazi bütövlüyü onları heç vaxt maraqlandırmayıb. Biz ona görə də torpaqları itirə-itirə gəlmişik… Qonşu dövlətlər – həm Rusiya, həm də İran ölkə daxilində narazılıq yüksək həddə çatanda həmişə xaricdə düşmən axtarırlar. Xatırlayırsınızsa, Belarusiyanın prezidenti Aleksandır Lukaşenka bu yaxınlarda dedi ki, Rusiya müstəqilliyimizi təhdid edir, müstəllik şübhə altındadır. Gürcüstanla sərhəddə təxribat hazırlandı, məlumat da verildi, nədənsə kimsə diqqət yetirmədi. Gürcüstan Rusiyanın təsir dairəsindədir.

İran hansı oyunları çıxarır, demək istəmirəm, bu barədə kifayət qədər məlumatlar var. Digər tərəfdən Ermənistan Azərbaycanda Dağlıq Qarabağ məsələsinin gündəmə gələcəyini gördüyünə görə onlar da hadisələri bizə doğru yönləndirirlər. Cəbhə gərginlik, Azərbaycan xalqını qıcıqlandıran addımlar atmaq buna hesablanıb. Ən əsası, əminəm ki, hakimiyyət Qarabağın azad olunması məsələsini unutmayıb, ciddi iş gedir, proseslərdən istifadə edib torpaqları azad etmək istəyirlər”.  /Pravda.az

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın