Baş redaktor 5 qat dünya çempionunun həbsdən azad olunması üçün ölkə başçısına müraciət etdi.

27, 03, 20
16:49

Baş redaktor 5 qat dünya çempionunun həbsdən azad olunması üçün ölkə başçısına müraciət etdi.



Sizin nəzarətinizdə başlanılan #evdəqal sosial məsuliyyət aksiyasına öz töhfələrini verir, ictimai təbliğat aparırlar. Müəllimləri Ehram Məcidovun azad edilməsi onlar üçün daha da güclü motivasiya olması və gördükləri işin keyfiyyətinin artacağı şübhəsizdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Aliyev

Son günlər dünyanın ümumi faciəsi olan koronavirusla bağlı Azərbaycanda alınan profilaktik tədbirləri, karantin elan olunmasını ölkə ictimaiyyəti dəstəkləyir və vətəndaşlar tövsiyyələrinizə, aidiyyatı qurumlar isə göstəriş və təlimatlarınıza əməl edir. Müstəqil media nümayəndəsi olaraq vətəndaşların içində olduğum və aidiyyatı qurumlarla mütəmadi əlaqə saxladıqım üçün bunu əminliklə deyə bilərəm.

Bildiyiniz kimi xəstəliyin ən əsas təhlükəsi yoluxuculuğu, alınan ən əsas profilaktik tədbir isə sizin də tövsiyyə etdiyiniz kimi sosial izolyasiyadır.
Mövcud durumda ən təhlükəli və yoluxma əmsalının yüksək olduğu yer cəzaçəkmə müəssisələridir. Müstəqil həyatda anti-infeksant(spirt, tibbi üzlük anti-bakterial sabun v.s)qıtlığı çəkdiyimiz zamanda həbsxanalarda sadaladığım vasitələrin təchizatı bir az daha sıxıntılıdır. Bundan əlavə, bir neçə min məhkumun eyni zamanda növbə ilə eyni vanna otağından, sanitar qovşaqdan, yeməkxanadan istifadə etməsi yoluxma riskini maksimuma qaldırır.

Cənab Prezident

Azərbaycan Respublikasının hər vətəndaşı qanun qarşısında eyni olsa da, dövlətimizin qanunvericiliyində əksini tapmış “Azərbaycan Respublikası qarşısında müstəsna xidmətləri olan şəxslər” dispozisiyası Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”də digər qanunvericilik toplularında da imtiyaz kimi qeyd olunub. Məhkəmə praktikasında belə cinayət törədən şəxslərə cəza təyin edilərkən “Azərbaycan Respublikası qarşısında müstəsna xidmətlər” nəzərə alınır.

Ehram Məcidov

Bütün bunları nəzərə alaraq, “Prezident mükafatçısı” 5 qat dünya çempionu, “Xocalıya Ədalət” kampaniyasının bir parçası olan “Khojalı Global Promation” və “Xocalı”İdman Klubunun təsisçisi Ehram Məcidovu həbsdən azad etməyinizi Xocalı sakinləri, idman ictimaiyyəti və 1400 qrup üzvümüz adından sizdən xahiş edirəm.

Hal hazırda Ehram Məcidovun 100-lərlə Xocalıdan olan tələbəsi, minlərlə sevənləri sizin nəzarətinizdə başlanılan #evdəqal sosial məsuliyyət aksiyasına öz töhfələrini verir, ictimai təbliğat aparırlar. Müəllimləri Ehram Məcidovun azad edilməsi onlar üçün daha da güclü motivasiya olması və gördükləri işin keyfiyyətinin artacağı şübhəsizdir.



Hörmətlə: “Azərbaycanın Səsi”informasiya portalının Təsisçi-Baş Redaktoru Farid Abdinov

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın