Bakıda koronavirusa görə əleyhqaz geyinirlər

01, 03, 20
14:10

Bakıda koronavirusa görə əleyhqaz geyinirlər


Ötən ilin dekabrında Çində peyda olmuş və dünyanın əksər ölkələrində, o cümlədən fevralın 28-dən Azərbaycanda da qeydə alınan ölümcül koronavirusdan qorunmaq üçün tibbi maskalara tələbat kəskin artıb. Paytaxtdakı apteklərdə tibbi maska tükənib, olanlar isə qiyməti 10 dəfəyədək artırıb. 

Azerbaycanrealligi.com xəbər verir ki, Bakıda tibbi maskanın tapılmadığı bir vaxtda koronavirusdan qorunmağın başqa yollarını tapıblar. Artıq şəhərdə əleyhqazla gəzənlər var. Xüsusilə şəhərin mərkəzi küçələrində əleyhqaz geyinənlərə rast gəlinir. Əleyhqazlar apteklərdə deyil, daha çox tibbi marketlərdə, habelə internetdəki elan saytlarında satılır. Dünəndən isə elan saytlarında əleyhqazın da qiymətində artım müşahidə edilir. Elan saytlarında son bi həftəyə qədər 8-10 manata təklif edilən əleyhqazlar bu gündən 15 manatdan satılır.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın